“Xalqı mitinqə çıxara bilmirik” – AXCP liderindən ŞOK ETİRAF
Bizi izləyin

Nida.az

“Xalqı mitinqə çıxara bilmirik” – AXCP liderindən ŞOK ETİRAF

Yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri, politoloq Razi Nurullayev Milli Şuranın sentyabrın 11-ə təyin etdiyi mitinqə münasibət bildirib.

R.Nurulayev Publika.az-a açıqlamasında deyib ki, Milli Şura siyasi gücünü itirib:

"Birincisi, AXCP Milli Şurada təmsil olunmur. Milli Şura ilə əməkdaşlığımız yoxdur və təbii ki, onların tədbirlərində də iştirak etmirik. Əvvəl də bu barədə yazmışam və yenə də deyirəm. Siyasi oyunbazlığı qəbul etmirəm. Bu gün müxalifət olaraq güclü deyilik və referendumun keçirməsinə maneçilik yaratmaq gücümüz yoxdur. Təbii ki, referenduma qarşı fikrimizi də bölüşmüşük və mövqeyimiz xalqa aydındır. Lakin, xalqın başının altına yastıq qoymağa dəyməz. Mitinqə xalqı çıxara bilmirik. Boş-boşundan qəhrəmanlıq etmək lazım deyil. İndi kimsə özünü qəhrəman göstərmək üçün xalqı dəstəyə çağırır. Amma yaxşı bilir ki, xalq mitinqə qatılmayacaq".

R.Nurullayev qeyd edib ki, Milli Şuranın planlaşdırdığı aksiya hesabat xarakterli mitinq çağırışıdır:

"Digər tərəfdən isə razılıq da verilməyib. Xalqla işləməkdəyik, cücərtiləri, işartıları, rüşeymləri elə qönçəsində məhv etmək olmaz. Xalqın gözünü qorxutmaq, polislə üz-üzə qoymaq, insanları həbsxanaya göndərmək yolverilməzdir. Xalq azacıq fəallaşır, Milli Şura da tapşırıq alan kimi, həmin an o istəyi, rüşeymi boğur. Bu siyasət deyil, oyundur".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm