Deputat İslam Kərimov haqqında: “O, Özbəkistanda vətəndaş müharibəsinin...”
Bizi izləyin

Nida.az

Deputat İslam Kərimov haqqında: “O, Özbəkistanda vətəndaş müharibəsinin...”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə İslam Kərimovun müstəqil Özbəkistan dövləti üçün xidmətlərindən danışıb.

Publika.az-a danışan deputat bildirib ki, İslam Kərimov Özbəkistanda vətəndaş müharibəsinin qarşısını alıb: "Xatırlayıram ki, İslam Kərimov prezident olanda çox gərgin dövr yaşanırdı, SSRİ yeni dağılmışdı və bu ittifaqa daxil olan ölkələr müstəqilliklərini elan edirdilər. O dövrdə bir çox Orta Asiya ölkələrində, həmçinin Özbəkistanın qonşusu olan Tacikistanda vətəndaş müharibəsi baş verdi. Ancaq İslam Kərimov Özbəkistanda vətəndaş müharibəsinin qarşısını aldı. İmkan vermədi ki, ölkədə xaos yaransın. Halbuki, o dövrdə Özbəkistanın Fərqanə və digər bölgələrində ciddi gərginlik var idi. Mənim üçün də İslam Kərimov məhz bu xidmətlərinə görə önəmli şəxs hesab olunur. Öz xalqını vətəndaş müharibəsindən qoruyan hər kəs mənim üçün müsbət şəxsdir. Bu baxımdan da Allah İslam Kərimova rəhmət etsin".

Xatırladaq ki, avqustun 26-da beyin insultu keçirərək koma vəziyyətinə düşən prezident İslam Kərimov bu gün xəstəxanada vəfat edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm