• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

Dövlət şirkətlərinin səmərəliliyi artırılır - SƏRƏNCAM

  • Nida.az
  • 5 Sentyabr 2016 18:41
  • 698 Baxış
Dövlət şirkətlərinin səmərəliliyi artırılır - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində işləri sürətləndirmək, yerli və xarici investisiyalar cəlb etmək yolu ilə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarə olunmasında şəffaflığı artırmaq məqsədilə Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təklifləri əsasında:

- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etmək;

- beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydalarını və standartlarını, habelə həmin qaydaların və standartların mərhələlərlə tətbiqinə dair tədbirlər planını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etmək;

- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ("Performance Based Remuneration System") əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etmək;

- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə maliyyə hesabatlarının beynəlxalq standartlarının mərhələlərlə tətbiqi üçün tədbirlər görsün və görülən işlər barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat vermək;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR