Referendumu izləmək üçün 846 müşahidəçi qeydiyyatdan keçib
Bizi izləyin

Nida.az

Referendumu izləmək üçün 846 müşahidəçi qeydiyyatdan keçib

"Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsini (referendum) izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib".

Publika.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda çıxışı zamanı bildirib.

M.Pənahov deyib ki, MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir, 135 nəfər isə öz təşəbbüsü ilə qeydə alınıb:

"Bundan əlavə, dairə seçki komissiyalarında (DSK) 37 429 müşahidəçi qeydiyyata alınıb".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm