İnsanları diri-diri yeyən prezident, İsrailin məhvi, Putinin Kremldəki son... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

İnsanları diri-diri yeyən prezident, İsrailin məhvi, Putinin Kremldəki son... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilər yaxınlaşdıqca, mümkün çevriliş ssenariləri daha çox müzakirə olunur. Sosial şəbəkələrdə çevriliş planlarından birinin müzakirə olunduğu toplantının görüntüləri yayılıb. Türkiyə İŞİD-in "paytaxt"ına hücum edəcəyini istisna etmir. ABŞ-da ehtiyat edirlər ki, Suriyada vətəndaş müharibəsində təcrübə qazanan "Hizbullah" silahını İsrailə çevirə bilər. Filippin prezidenti Rodriqo Duterte isə tarixə terrorçuları diri-diri yeyən ilk dövlət başçısı kimi düşə bilər.

Kremldə ÇEVRİLİŞ PLANI – "Rus Maydanı"nın vaxtı açıqlandı

Sosial şəbəkədə Rusiya millətçilərinin gizli kamera ilə çəkilmiş toplantısının videosu yayılıb.

Toplantıda Vyaçeslav Maltsev, həmçinin Dmitri Demuşkin və Yuri Qorskiy iştirak edir.

Toplantıda Rusiyanın neft şirkəti olan YUKOS-un (ЮКОС) keçmiş rəhbəri Mixail Xodorkovskinin planlarından danışılır. Maltsev silahdaşlarına bildirir ki, hansısa anonim şəxs ona hansı hədəfinin olduğunu danışıb: "O, mənə dedi ki, söhbət bizim aramızda qalsın. Mən deyirəm ki, Xodorovski burada prezident və ya çar olmaq istəyir? O, deyir: "Bəli". Mən bunun necə mümkün olduğunu soruşuram. O, cavab verir ki, hakimiyyəti almaq istəyir. Kimdən almaq istədiyini soruşuram. O, bildirib: "Mən bilmirəm, amma o, tacir kimi düşünür".

Söhbətin gedişatında həmçinin millətçilər Rusiyada çevrilişi müzakirə ediblər. Maltsev, Demuşkin və Qorskiy açıq şəkildə bildirir ki, hər şey 4 noyabrda "Rus marşı"ndan başlanmalıdır. "Noyabrın 4-də Lyublinoda çıxırıq, 5-də Kremldə bitiririk", – Demuşkin bildirib.

Qeyd edək ki, Vyaçeslav Maltsev parlament seçkilərində PARNAS-ın (Rusiyanın sabiq baş naziri M.Kasyanovun rəhbərlik etdiyi Xalq Azadlıq Partiyası - red.) namizədlər siyahısında ikinci yerdədir. Dmitri Demuşkin isə ötən il Moskva Şəhər Prokurorluğu tərəfindən fəaliyyəti qadağan edilən millətçi "Ruslar" hərəkatının lideridir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin etibarlı adamı sayılan tanınmış rusiyalı politoloq Sergey Markov iki gün əvvəl həyəcan təbili çalıb. O, sentyabrın 18-19-da (18-də Dövlət Dumasına seçkilər olacaq - red.) Rusiyada çevriliş və "Maydan" hazırlandığını iddia edib.

"Plana görə, on minlərlə PARNAS tərəfdarları Moskvaya seçkilərə gələcək. Burada onlar öz əqidədaşlarının mənzillərində yerləşdiriləcəklər. Sentyabrın 18-dən 19-na keçən gecə onlar Mərkəzi Seçki Komissiyasına təzyiq etmək üçün kütləvi mitinqlər təşkil etməlidirlər. 19 sentyabrda isə seçkilərin saxtalaşdırılması əleyhinə böyük mitinq toplamalıdırlar", - S.Markov bildirib.

Politoloqun sözlərinə görə, müxalifətçilər eyni zamanda, rus millətçiləri və bütpərəstlərdən ibarət güclü zərbə dəstələri də yaradacaqlar.

"Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə hazır olan rus millətçiləri az da olsa, var. Hazırda həlledici "toplanma nöqtəsi" siyasətçi və bloqqer Vyaçeslav Maltsevdir. O, bu gün PARNAS-da ən məşhur adamdır", - keçmiş deputat bəyan edib.

İctimai Palata üzvü rus millətçilərinin Ukraynada ruspərəst qüvvələrə qarşı vuruşan məşhur "Azov" alayı ilə bağlı olduğunu da iddia edib.

"Hazırda "Azov" Ukraynanın cənub-şərqində güclü hazırlıq keçir. "Azov" alayı artıq oliqarxların tabeliyindən və maliyyələşdirilməsindən uzaqlaşdırılıb və birbaşa amerikanlar tərəfindən idarə edilir. Böyük ehtimallara görə, "Azov"un bəzi döyüşçüləri Moskvada PARNAS-ın bazasında hazırlanan "Maydan" tipli çaxnaşmalarda iştirak edəcəklər", – S.Markov vurğulayıb.

Altı ay cinsi əlaqəyə girməyin! – ŞOK XƏBƏRDARLIQ

Dünya Səhiyyə Təşkilatı Zika virusunun geniş yayıldığı bölgələrdə yaşayan əhaliyə xəbərdarlıq edib.

Beynəlxalq təşkilat Zika virusunun yayılmasının qarşısını almaq üçün sözügedən bölgələrin əhalisindən 6 ay ərzində cinsi əlaqəyə girməmələrini istəyib.

Dünya Səhiyyə Təşkilatının daha əvvəlki xəbərdarlığı yalnız kişilərə idi və səkkiz həftə ilə məhdudlaşırdı. Məlumata görə, Zika virusunun aşkarlandığı 60 ölkədən 11-də virusun cinsi əlaqə yolu ilə yayıldığı müəyyən edilib.

Rusiya və Ukraynaya qarşı sanksiyaların müddəti uzadılır

Avropa Birliyi ölkələrinin daimi nümayəndələrinin Komitəsi Rusiya və Ukraynanın 146 fiziki və 37 hüquqi şəxsi barəsində sanksiyaların altı ay müddətinə uzadılması haqqında təklifi bəyənib.

Bu haqda "İnterfaks" agentliyinə Brüsseldəki Avropa diplomatı bildirib.

Sözügedən fiziki və hüquqi şəxslər Ukraynanın şərqindəki böhrana görə məsuliyyətli hesab olunurlar. Məhdudlaşdırıcı ölçülər Avropa Birliyi Şurası tərəfindən təsdiq edilməli, bundan sonra isə Avropa Birliyinin rəsmi nəşrində dərc olunmalıdır. Agentliyin həmsöhbəti bildirib ki, Avropa Birliyi Şurası qərarı ən yaxın vaxtda qəbul etməlidir. O, konkret tarixin hələ müəyyən edilmədiyini bildirib.

O, həmçinin qeyd edib ki, sanksiyalar siyahısında heç bir dəyişiklik yoxdur. Yeni sanksiyalar 15 mart 2017-ci ilə qədər qüvvədə olacaq.

"İstanbulu fəth edəcəyik" – hücum planı

İŞİD Türkiyəyə qarşı yeni təhdidlər səsləndirib.

Terror qruplaşması "Dabıq" jurnalından sonra Roma mənasını verən "Rumiyah" adlı yeni jurnal çıxarmağa başlayıb. Jurnal Türk, Rus və Fransız dillərində yayımlanır. Jurnalının adının niyə "Rumiyah" seçilməsi onun ilk sayında açıqlanır.

"Jurnalımızın adının "Rumiyah" (Roma) seçilməsi Allahın qiyamətə yaxın bizim fəth edəcəyimizə işarə verdiyi yerdir. Rəbbimizdən arzulayırıq ki, bu torpaqları, həmçinin, ondan daha öncə fəth olunacaq Konstantinopolun (İstanbul) fəthini bizə nəsib etsin", - deyə bildirilir.

Daha 6 kənd azad edildi

Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusu "Fərat Qalxanı" əməliyyatı çərçivəsində Suriyada 6 kənddə nəzarəti təmin edib.

Dünən Suriyada İŞİD tanklara hücum etməsi nəticəsində 3 türk əsgəri şəhid olub.

Xatırladaq ki, "Fərat Qalxanı" əməliyyatı avqustun 24-də başlayıb. Əməliyyatın bir gedişatında Türkiyə sərhədindəki bir sıra strateji məntəqələr, o cümlədən Cerablus şəhəri və Çobanbəy qəsəbəsi İŞİD-dən təmizlənib. İki gün əvvəl İŞİD Türkiyə-Suriya sərhədindən tamamilə təmizlənib.

Rusiyadan şok "Fərat qalxanı" açıqlaması

Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada davam etdirdiyi "Fərat qalxanı" əməliyyatı haqda açıqlama yayıb.

Nazirlik əməliyyatlardan narahatlıq duyduğunu bildirib:

"Türk əsgərlərinin və müxalif qüvvələrin Suriyanın daxilinə doğru irəliləməsindən böyük narahatlıq keçiririk. Türkiyənin addımları Suriyadakı hərbi və siyasi vəziyyəti daha qarışıq vəziyyətə gətirə bilər. Türkiyə Suriyadakı durumu gərginləşdirəcək addımlardan çəkinməlidir".

Xatırladaq ki, az öncə Türkiyə rəsmiləri "Fərat qalxanı" əməliyyatı ilə bağlı rəsmi Moskvaya əvvəlcədən məlumat verildiyini açıqlamışdılar. M.Çavuşoğlu isə dünənki media açıqlamasında Rusiyanın "Fərat qalxanı" əməliyyatına quru qoşunları ilə dəstək verməsi üçün danışıqlar getdiyini vurğulamışdı.

Türkiyə ordusundan SON ZƏRBƏ hazırlığı – Ərdoğan siqnal verdi

Türkiyə isə daha da irəli getmək niyyətindədir.

Çində təşkil edilən G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ prezidenti Barak Obama İŞİD-in "paytaxt"ı Suriyanın Rakka şəhərinin azad edilməsi üçün birlikdə çalışmağı təklif edib.

"Obama, xüsusilə Rakka mövzusunda birlikdə addımlar atmaq istəyir. Bizim tərəfdən çətinlik olmayacağını bildirdik. "Hərbçilərimiz bir araya gəlsinlər, nə lazımdırsa edərik" dedik. Türkiyənin Rakka məsələsində rolu ABŞ ilə müzakirə etdiyimiz mövzulardan biridir. Hansı addımlar ata biləcəyimiz danışıqların nəticəsində dəqiqləşəcək. Bu, ABŞ-ın mövqeyi ilə bağlıdır", - Ərdoğan bildirib.

Prezidenti vurğulayıb ki, Türkiyə artıq bölgədə var olduğunu göstərmək niyyətindədir: "Əgər geri addım atsaq, oralarda İŞİD, PKK, PYD və YPG kimi terror təşkilatları yerləşər. İraqda da eyni risk var. PKK orada özünə meydan əldə etməyə çalışır".

Türkiyə Menbici alsa… - Avropa narahatdır

Türkiyənin Suriyadakı hərbi əməliyyatları Qərb mətbuatını narahat etməkdədir.

Almaniyanın "Deuş Vörtşafs Naşirten" qəzeti Ankaranın əsas məqsədinin neft bölgələrini ələ keçirmək olduğunu iddia edib:

"Suriyadakı ən şiddətli döyüşlər ana boru xətləri və gələcəkdə enerji xətti üçün istifadə olunacaq ərazilərdə aparılır. Ölkədə İŞİD-lə mübarizədən çox, enerji müharibəsi gedir.

Suriyanın ən önəmli iki neft mərkəzi Menbic və Əl Bab bölgəsində yerləşir. Bu iki bölgə İraqdan Suriyaya gələn və İdlibə qədər davam edən ana boru xətlərinə ev sahibliyi edir. Kim Menbici alarsa, o da Suriya neftinin daşınmasına nəzarət edəcək. Düzdür, Türkiyə hələ ki, neft borularına çatmayıb. Ancaq Menbic alınarsa, bölgədəki vəziyyət kökündən dəyişəcək. Hələbdəki savaş Suriya müharibəsinin taleyini həll edə bilər. Çünki bu şəhər ölkənin əsas neft borularının keçdiyi sonuncu ən iri şəhərdir. Onu alan neft borularının açarını qazanmış olacaq.

Ən şiddətli qarşıdurmalar Rakka, Deyr əz-Zor, Hələb, İdlib, Haseke, Bukemal və Əl Babda yaşanır. Həma və Xümsdə də müharibə davam edir. Bütün bu şəhərlər isə Türkiyədən Qətərə uzanması planlaşdırılan boru xəttinin üzərində yerləşir. Rusiya İrandan İraq və Suriyaya uzanan boru xətti istəyir. Moskva bu səbəbdən Xümsün cihadçıların əlinə keçməsinə imkan vermir. Suriyadakı əməliyyatlarda ABŞ daha çox şərqə, Rusiya isə qərbə meyllənir. Hər iki ölkə rəqibinin neft boru xətti inşa etmək planına zərbə vurmağa çalışır".

Prezidentdən ŞOK VƏD: "Onları diri-diri yeyəcəm"

Filippin prezidenti Rodriqo Duterte növbəti sensasiyalı bəyanatla çıxış edib.

Dövlət başçısı "Abu Sayyaf" terror qruplaşmasının döyüşçülərini diri-diri yeməyə söz verib.

"Onlar bunun üçün əvəz ödəyəcəklər. Vaxt gələcək, onları hamının gözləri qarşısında diri-diri yeyəcəyəm", – dövlət başçısı bildirib.

Qeyd edək ki, "Abu Sayyaf" qruplaşması İŞİD terror təşkilatı ilə sıx bağlıdır. Qruplaşmanın üzvləri Filippində yerli sakinləri və əcnəbiləri oğurlayır, sonradan onların qaytarılması üçün pul tələb edirlər.

2016-cı ildə terrorçular Kanadanın iki vətəndaşını edam edib.

"İsraili məhv etmək üçün..." – ŞOK PROQNOZ

"Hizbullah" İsraillə müharibəyə hazırlıq üçün Suriyadakı vətəndaş müharibəsindən istifadə edir".

Bu haqda "The Washington Times" nəşrinin siyasi müşahidəçisi L.Todd Vud yazıb.

Siyasi müşahidəçi hesab edir ki, "Hizbullah" İranın əlindəki oyuncaq quru hərbi gücü kimi qalmaqda davam edir. Onun fikrincə, daha əvvəllər kiçik hərbi əməliyyatlarda ixtisaslaşan təşkilat irimiqyaslı və mobil müharibənin aparılması üçün böyük təcrübə əldə edib.

"Hizbullah"ın yəhudi dövləti ilə qaçılmaz münaqişəyə hazırlıq üçün vətəndaş müharibəsindən istifadə etməsi əlamətləri mövcuddur. "Hizbullah" qüvvələri İsrail sərhədinin yaxınlığında, Colan hündürlüklərində yerləşdirilir. Əgər Əsəd hakimiyyətdə qalmağı bacararsa, onda ehtimal ki, Colan hündürlükləri üzərində nəzarəti İrana və "Hizbullah"a güzəştə getmək lazım olacaq", - Vud hesab edir.

O, qeyd edir ki, Rusiya kəşfiyyat məlumatlarına əvəz olaraq Suriyadakı silah arsenalının əhəmiyyətli hissəsini "Hizbullah"a verib. Müəllif hesab edir ki, Bəşər Əsəd hakimiyyətdə qalmasına əvəz olaraq İrana İsraili məhv etmək üçün vəd verə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm