Bolqarıstanla Anlaşma Memorandumu təsdiqləndi
Bizi izləyin

Nida.az

Bolqarıstanla Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" 2014-cü il fevralın 20-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətini xəbərdar etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm