Prezident qəbul keçirdi - FOTOLAR
Bizi izləyin

Nida.az

Prezident qəbul keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Riçard Çarnetskinin Azərbaycanın dostu olduğunu qeyd edərək onun ölkəmizə bir neçə dəfə səfər etməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirdi.

Azərbaycanda həyata keçirilən islahatların və görülən işlərin Azərbaycan dövlətinin suveren hüququ olduğunu deyən Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski qeyd etdi ki, biz sizin daxili və beynəlxalq siyasətinizi bəyənirik.

Görüşdə beynəlxalq aləmdə ikili standartların mövcud olduğu, bir sıra məsələlərə qərəzli münasibət göstərildiyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi məqsədilə hüquq və qanunvericilik sahəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən Prezident İlham Əliyev iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirdi. Azərbaycan ilə İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlətimizin başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü dedi. İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Azərbaycan Prezidenti turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu dedi. Dövlətimizin başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğuladı.

Prezident İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə etdi.

Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırdı. Oesman Sapta Odanq 10 partiyanı təmsil edən böyük bir nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğuladı. O, Azərbaycan Prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini dedi və İndoneziya Prezidentinin rəsmi dəvətini Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm