Qarabağ üçün “yeni sxem” – Ermənistan razılaşıb, ilin sonuna kimi...
Bizi izləyin

Nida.az

Qarabağ üçün “yeni sxem” – Ermənistan razılaşıb, ilin sonuna kimi...

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sxem hazırlanır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "yerkir" saytı yazıb.

Sayt diplomatik mənbələrə istinadən məlumat verib ki, bu ilin sonuna kimi Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi sıçrayış olacaq.

"Sentyabrın 8-də Moskvada Minsk qrupunun həmsədrləri ilə Rusiya xarici işlər naziri məsləhətləşmələr aparıb. Sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, ilin sonuna kimi isə prezidentlərin görüşü keçiriləcək. Münaqişənin nizama salınması ilə bağlı ortaya xüsusi "yol xəritəsi" qoyulur və ciddi irəliləyişlər gözlənilir", - mənbə bildirib.

Yeni sexmin hazırlandığına dair ehtimallar bir sıra səbəblərə görə də artır. Misal üçün, Ermənistanın "lragir" saytı son vaxtlar bu ölkənin siyasi dairələrində münaqişə ilə bağlı həmişə səslənən "mövcud statusun tanınması əvəzinə güzəştlər" bəyanatını, "müharibədən imtina üçün güzəştlər" bəyanatı əvəz etdiyini yazıb.

"Bu, Ermənistanın siyasi rəhbərliyinin münaqişənin həllinə razı olduğu deməkdir. Lakin sxem Ermənistan üçün təhlükəlidir. Çünki Azərbaycan münaqişənin həlinin irəliləməsi üçün bəzi məsələlərdə razı ola bilər. Bu isə Ermənistanın daha çox güzəşt etməsi deməkdir. Həmçinin, gələcəkdə situasiya Azərbaycanın xeyrinə dəyişəcək".

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm