Nida.az
"İlham Əliyev müdrik rəhbərdir"
ABŞ-ın Kaliforniya ştatında yerləşən nüfuzlu Berkli
Universitetində sentyabrın 7-də Azərbaycan əsilli amerikalı
professor Lütfi Zadəyə həsr olunmuş geniş mərasim
keçirilib.
Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə
Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami
Gəncəvi adına Qızıl Medalı Azərbaycanın Los-Ancelesdəki baş konsulu
Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan verilən məlumata
görə, tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi,
alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin
davamçıları iştirak edib. İlk çıxış üçün söz universitetin
Mühəndislik Fakultəsinin dekanı, L.Zadənin yetirməsi olan professor
Şankar Sastriyə verilib. O, professor L.Zadəni bu əlamətdar gün
münasibətilə təbrik edərək, göstərilən diqqətə və belə bir nəcib
təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycan
Respublikasına dərin minnətdarlığını ifadə edib.
Sonra professor L.Zadənin ana vətəni Azərbaycana həsr olunmuş, onun
sosial, iqtisadi və mədəni tərəqqisini nümayiş etdirən qısa film
nümayiş etdirilib. Filmdən sonra söz Azərbaycanın Los Ancelesdəki
baş konsulu Nəsimi Ağayevə verilib.
Diplomat bildirib ki, professor L.Zadə öz elmi nailiyyətləri və
dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya
ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. O,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm
azərbaycanlı soydaş, həm də dünya elminin dəyərli nümayəndəsi kimi
daim professor L.Zadəyə diqqət göstərdiyini, bu diqqətin nəticəsi
kimi 2011-ci ildə qocaman alimin Dostluq Ordeni ilə təltif
olunduğunu vurğulayıb. (Azvision.az)
Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti akademik Akif
Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə
ünvanlanmış təbrik məktubunu oxuyaraq, Qızıl Medalı təntənəli
surətdə dünya şöhrətli alimə təqdim edib.
Sonra söz professor L.Zadəyə verilib. Professor, Azərbaycandan
kənarda yaşamasına baxmayaraq Azərbaycanın daim onun qəlbində
xüsusi yer tutduğunu bildirib. O, Prezident İlham Əliyevin müdrik
rəhbər və istedadlı dövlət xadimi olduğunu vurğulayaraq, ona dərin
rəğbət bəslədiyini söyləyib. Qocaman alim bildirib ki, Azərbaycan
bu gün nəinki öz regionunda, eləcə də, beynəlxalq aləmdə böyük
nüfuza malikdir. Bunun isə hər şeydən öncə, Azərbaycan Prezidenti
tərəfindən həyata keçirilən düşünülmüş siyasətin və səbatlı dövlət
kursunun nəticəsi olduğunu vurğulayıb. L.Zadə AMEA-nın prezidenti
A.Əlizadəyə belə bir medal ilə təltif olunmasına görə təşəkkürünü
bildirib.
Tədbirdə professor L.Zadə ilə uzun illər birgə çalışmış, onun
elmi-tədqiqat işlərində yaxından iştirak etmiş Azərbaycan Texniki
Universitetinin professoru Şahnaz Şahbazova və Berkli
Universitetinin professoru Ceyms Demmel də çıxış ediblər. Onlar öz
nitqlərində dünya şöhrətli alimin elmi araşdırmalarından, bu
səpkidə qeyri-səlis çoxluqlar və sistemlər, eləcə də, qeyri-səlis
məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz
açıblar.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO