Turan İbrahimovdan referendum açıqlaması
Bizi izləyin

Nida.az

Turan İbrahimovdan referendum açıqlaması

Ölkədə sentyabrın 26-da keçiriləcək referendumu alqışlayan teleaparıcı Turan İbrahimov hesab edir ki, referendum dövlətimiz üçün olduqca vacibdir, həmçinin dövlət quruculuğu mərhələsində yeni eranın başlanğıcıdır:

"Yeni reallıqlar, yeni yanaşmalar tələb edir. Köhnə nomenklatura təfəkkürü ilə yeni yanaşmalar ortaya qoymaq absurddur. Deməli idarəçilikdə modern idarəçilik fəlsəfəsinin ortaya çıxması nöqteyi-nəzərindən də önümüzdəki aylar xoş sürprizlərlə doludur. Dövlət başçısının nikbin mesajları, arxayın duruşu da bunları düşünməmizə əsas verir. Bir sözlə, Azərbaycanın arzulanan gələcəyinə doğru prezidentimizin praqmatik liderliyi ilə sürətlə irəliləyirik. Müvəqqəti çətinliklər isə növbəti, daha şəffaf mərhələnin doğum sancılarından başqa bir şey deyil". (admiral)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm