Rəşid Mahmudov Cəmil Həsənlidən DANIŞDI: “Onu ziyalı hesab etmirəm”
Bizi izləyin

Nida.az

Rəşid Mahmudov Cəmil Həsənlidən DANIŞDI: “Onu ziyalı hesab etmirəm”

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov Milli Şuranın radikal çağırışlarına etiraz edib.

R.Mahmudov Publika.az-a açıqlamasında Milli Şuranın sədri olan Cəmil Həsənli barədə bunları deyib: "Cəmil Həsənli ziyalı adamdır. Ancaq ziyalı dövlət əleyhinə çağırışlar etməli deyil. Əgər sən ziyalısansa, o zaman bütün səhvləri deməlisən, ancaq dövlət əleyhinə çağırışlar etməli deyilsən. Xəritədə Azərbaycan dövlətinin ətrafında olan ölkələrə diqqət edin. Baxma ki, həmin ölkələrin prezidentləri üzdə görünmək üçün gəlib burada bizim prezidentimizlə görüşüb, xoş niyyətlərini bəyan edirlər. Əslində onların hamısının əli Azərbaycana qarşı tətikdə hazır dayanıb. Gözləyirlər ki, Azərbaycan balaca büdrəsin, tez hərəkətə keçsinlər. Çünki Azərbaycanın zəngin enerji mənbəyi var və həmin ölkələrin gözü burdadır. Əgər bütün bunları ziyalı görmürsə, anlamırsa, o zaman mən onu ziyalı hesab etmirəm. Əsl ziyalı vətənpərvər adamdan olur. İndi Cəmil Həsənli yaxşı ziyalıdır, ancaq onun çağırışları doğru deyil və ajiotaj yaratmağa yönəlib. Ən azı bu cür çağırışlar ziyalıya yaraşmır. Cəmil Həsənli yaxşı ziyalıdır, ona görə də səhvləri desin, ancaq dövlət əleyhinə çağırış etməsin".

R.Mahmudov bəzi müxalif şəxslərin dövlət əleyhinə çağırışlarının normal qarşılamadığını söyləyib: "Birincisi, Azərbaycanda müxalifət varmı ki, onun haqqında nə isə danışasan. Digər tərəfdən isə müxalifətin dövlət əleyhinə çağırış etməsi çox ağılsız hərəkətdir. Bizdə müxalifət "iqtidar sən yerə düş, mən də sənin yerində oturum" deməkdir. Belə müxalifətçilik olar? Müxalifət odur ki, hökumətin səhvini sivil qaydada özünə bildirsin. Doğrudur, bu gün bizim əyri-əskiyimiz, problemlərimiz çoxdur. Ancaq bundan da qabaq dövlətimiz var. Dövləti həmin səhvlərə qurban vermək olmaz. Şəxsən bir ziyalı kimi mən əsla buna razı olmaram".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm