Nida.az
Ramzan Kadırov İlham Əliyevə təşəkkür etdi
Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya paralimpiyaçılarının lisenziyalarının ölkəyə verilməsi təklifindən imtina etməsinə görə minnətdarlığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə R.Kadırov öz "İnstaqram" səhifəsində yazıb.
Çeçenistan rəhbəri qeyd edib: "Bakıda növbəti dəfə olduqca mühüm hadisə baş verdi – Azərbaycan BOK-un Rusiya paralimpiyaçıları üçün nəzərdə tutulan lisenziyaların ölkəyə verilməsi ilə bağlı təklifini rədd etdi. Şübhə etmirəm ki, bu xoşməramlı jest məhz Azərbaycan Prezidenti tərəfindən edilib. Beləliklə, İlham Heydər oğlu Azərbaycan və Rusiya idmançılarına eyni hörmətlə yanaşdığını aydın şəkildə nümayiş etdirdi. Bu bizim üçün olduqca dəyərlidir. Azərbaycanın Rusiya ilə bütün sahələrdə həmişə isti, dost münasibətləri olub. Əlbəttə ki, Azərbaycan və Rusiyanın subyekti olan Çeçenistan arasında əlaqələr son dərəcə qardaşlıq xarakteri daşıyır. Tam əminəm ki, bu münasibətlər getdikcə yalnız möhkəmlənəcək. Mən buna görə İlham Heydər oğluna səmimi qəlbdən minnətdarlığımı bildirirəm".
R.Kadırov, həmçinin kikboksçu Zabit Səmədovu səmimi qəbul etdiyinə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirib.
Çeçenistan Respublikasının başçısı yazıb: "Mauqli" ləqəbli Zabit öz Vətənini - Azərbaycanı və Azərbaycan xalqını planetin idman arenasında layiqincə təmsil edir".
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL