Qərbin pulu “Məhsul”da batdı – Milli Şuranın fiaskoya uğrayan mitinqində nələr oldu?
Bizi izləyin

Nida.az

Qərbin pulu “Məhsul”da batdı – Milli Şuranın fiaskoya uğrayan mitinqində nələr oldu?

Xəbər veridiyimiz kimi, bu gün bu il sentyabrın 26-da keçiriləcək referendumda Konstitutsiyaya ediləcək dəyişikliklərlə bağlı Milli Şura paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirir.

Azxeber.com mitinqlə bağlı sosial şəbəkələrdəki rəylərdən gəlinən nəticəni araşdırıb. Araşdırmamız nəticəsində aydın olub ki, mitinqdən öncə çoxlu sayda vətəndaşların qatılacağı ilə bağlı Milli Şuranın verdiyi vədlər bu dəfə də fiyaskoya uğrayıb.

Məhz mitinq iştirakçılarının azlıq təşkil etməsi sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb oldu. Xüsusən "Meydan TV"nin və "Azadlıq Radiosu"nun "facebook" səhifələrində mitinqlə bağlı yayımlanan "canlı yayım"lara gələn şərhlər bunu deməyə əsas verir

Nürəddin Məmmədli mitinqə gələməyənləri təhqir etdi...

Mitinqlə bağlı təkcə iştirakçıların azlığı yox, AXCP-nin sədr müavini Nurəddin Məmmədlinin fikirləri də etiraza səbəb olub. Belə ki,N.Məmmədli mitinqdə iştirak etməyən vətəndaşları təhqiredici formada aşağılayıb.

Bundan başqa o "mitinqə maneə törədilirmi?" sualına "hazırda heç bir maneə yoxdur" deyə cavab verərək, Milli Şuranın mitinqdən sonra ənənəvi formada işlətdiyi "hakimiyyət bizə maneə oldu" bəhanəsini də alt-üst etmiş oldu.

Dindarlar yenə meydanda...

Mitinqdəki azlıq arasında ən çox gözə çarpan isə müxtəlif dini qruplaşmalarda aktiv olan dindarlar olduğu bildirilib. Siyasi müxalifət mitinqdə dindarlara vədlər verərək onlarla bir yerdə lazım olsa hakimiyyəti radikal ekstreminizm yolu ilə də ələ keçirməyə hazır olduqlarının anonsunu veriblər.

Qərbin pulu yenə batdı...

Mitinqdən öncə mətbuatda gedən məlumatlara görə, sözügedən mitinqə Qərb ölkələrinin geniş maraq göstərdiyi iddia edilmişdi. Belə ki, "Yeni Müsavat" qəzetinin ötən günqələmə aldığı məlumatda bəzi partiya liderlərinin intensiv şəkildə Qərb ölkələrinin Azərbaycandakı səfirliyinə çağırıldığı və görüşlərin keçirildiyi müəyyən olunmuşdu.

Mətbuatda gedən məlumata görə, avqustun 15-də saat 10.00-da Ümid Partiyasının nümayəndələri Ənvər Ağazadə və Elmar Abbaszadə Fransanın Azərbaycandakı səfirliyində olublar.

Avqustun 17-də isə REAL hərəkatının fəalları Rəsul Cəfərov və Erkin Qədirli ABŞ səfirliyinə gediblər və səfir Robert Sekuta ilə görüşüblər.

Avqustun 18-də saat 16.50-də jurnalist Xədicə İsmayıl Fransanın Azərbaycandakı səfirliyinə gedib və iki saat sonra oranı tərk edərək ADİSAD hüquq şirkətinə yollanıb.

Avqustun 19-da saat 14.40-da AXCP sədri Əli Kərimli Böyük Britaniya səfirliyində görünüb. Üç gün sonra isə REAL hərəkatının fəalları Erkin Qədirli və Azər Qasımlı səfirlikdə səfir Kerol Kroftsla görüşüblər.

Avqustun 23-də saat 15.10-da Əli Kərimli və Cəmil Həsənli ABŞ səfirliyini ziyarət ediblər. Növbəti gün Cəmil Həsənli yenidən Amerikanın səfirliyində olub.

Avqustun 25-də saat 11.35-də Müsavat başqanı Arif Hacılı bir saatdan artıq Britaniya səfirinin qonağı olub. 12.45-də isə NİDA hərəkatının rəhbərlərindən olan Turqut Qəmbər xanım Kerol Kroftsla görüşüb və o da bir saatdan artıq səfirlikdə ləngiyib.

Avqustun 29-da Arif Hacılı ABŞ səfirliyində, Əli Kərimli isə Avropa İttifaqının Bakıdakı nümayəndəlində olublar.

Bu qədər diplomatik trafikdən sonra, nəhayət, avqustun 31-də Milli Şura mitinq təyin edilmişdi.

İddialarda siyasi müxalifətin Qərbə "mitinqə yüzmünlər çıxacaq" vədi verdiyi, amma görünən mənzərənin qarşılığında verilən vədin heç olduğu görünür.

Nəticə etibari ilə Qərb ölkələrinin səfirliklərinin mitinq üçün ayırdığı pulun da bu mitinqlə batdığını və məqsədlərinin fiyaskoya uğradığını deyə bilərik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm