• USD 1,7000 0,00% EUR 1,9163 -0,82%
    • GBP 2,1395 -0,36% RUB 0,0240 +0,83%

Əli Kərimlinin hesabat dərdi, yuyulan pullar və “mitinq” adlı yığıncaq

  • Nida.az
  • 11 Sentyabr 2016 20:11
  • 2 682 Baxış
Əli Kərimlinin hesabat dərdi, yuyulan pullar və “mitinq” adlı yığıncaq

Yenə eyni simalar, yenə eyni "Məhsul" stadionu. Fərq çox azdır, hansı ki, bir gün liberal, bir gün mühafizəkar yolunu tutaraq, "müxtəlifliyi" ilə ad çıxarmış AXCP sədri Əli Kərimli və komandası – materiarxlıq sevdasında olan Gözəl Bayramlı, vaxtilə hakim düşərgədə dayanaraq, bu gün tribunaya birlikdə çıxdıqlarını söyən Gültəkin Hacıbəyli və digərləri həmişə olduğu kimi mitinqin başlandığı vaxtda gəlmədilər.

Stadionda insanlar çox seyrək idi. Təxminən 500-600 nəfərə yaxın insan gəlmişdi. Mitinq başlayarkən, aparıcının "tribunaya doğru gəlin və daha çox görünür, hakimiyyətə "mitinqdə adam yox idi" əsasını verməyin" deməsi isə hər şeyi açıq şəkildə ortaya qoydu.

Ən sonda gələn AXCP sədri və Milli Şura adı altında topladığı komandası tribunaya çıxaraq, hər şeydən danışdılar, bircə bu xalqın milli dəyərlərindən, dövlətin hansısa maraqlarından, yaxud ərazi bütövlüyümüzün bərpası ilə bağlı aparılan danışıqlardan başqa.

... Əli Kərimli "Yox" deyib qışqırır, onun 500 manata görə ADP-yə üz çevirmiş müavini (bu fikirlər müxalifətdəki qarşıdurmalarda dəfələrlə səsləndirilib) Nurəddin Məmmədli ötən il polislərin şəhid olması, insanların ölümü ilə nəticələnən Nardaran hadisələrinin təşkilatçısı Taleh Bağırova "azadlıq" deyir, Mövsum Səmədovu müdafiə edir. Ardınca bir neçə gənc "romantik liberalizm"dən danışır, yerlərdən öyrədilmiş alqışlar səslənir, ən sonda gəldikləri kimi gedirlər. Hamıdan sonra gələn Əli Kərimli komandasının hamıdan əvvəl getməsi də bir ayrıca mövzudur...

Bu arada Milli Şurasının sədri Cəmil Həsənlinin mitinqi "iqnor" etməsi də diqqət yayınmadı. Bu, radikalların daxilində qarşıdurmanın yenidən baş qaldırdığının təsdiqi idi.

Ən diqqət çəkən qeydlər

Mitinq öncəsi on minlərin iştirakı haqda təbliğat aparılsa da, bir neçə yüz insan iştirak etdi. Hansı ki, onların yarıdan çoxu Milli Şura rəhbərliyinin qohumları, doğmaları və dost-tanışları idi. Tribunadan boylanan Əli Kərimli və müavini Nürəddin Məmmədli də iştirakçıların az olduğundan təəssüfləndiklərini açıq şəkildə elan etdilər. Lakin artıq məlumdur ki, mitinqdən sonra AXCP rəhbərliyi on minlərlə insanın "səslərinə səs verdiklərini" deyəcək. Cəmi 3 il öncə 700 insanın iştirak etdiyi mitinqdə jurnalistin "bəs deyirdiniz, 7 min iştirakçı gələcək" sualına Əli Kərimlinin müavininin "700-ün yanına bir sıfır da artırın" deməsi unudulmayıb.

Rəqəmin şişirdilməsinin səbəbləri sırasında siyasi təbliğat kampaniyasının olduğu düşünülə bilər. Lakin indiyə qədər mediaya sızan bir çox informasiya əsas səbəbin Əli Kərimlinin "hesabat"ı olduğunu göstərir. AXCP sədrinin müavinin yaddan çıxmayan "bir sıfır da artırın" sözləri əslində radikalların Qərb dairələri qarşısında hesabat verməsinə işarə idi. Çünki ortada ciddi maliyyənin olduğundan söhbət gedir və bu pulların "yuyulması" üçün dəfələrlə Azərbaycan vətəndaşının adından istifadə olunub. Eyni şeyin bu dəfə də baş verəcəyini demək mümkündür:

1. Əli Kərimlinin əlacsız təəssüfü.
2. İnsanların sayının az olmasını "mitinq sezonunun" başlandığı ilə əlqələndirilməsi.


Əli Kərimlinin təəssüfü başa düşüləndir. O, pul aldığı dairələrin qarşısında necə hesabat verəcəyini tribunadan stadiona baxarkən acı-acı düşünürdü.
Onun "bəhanələri" də təsadüfi deyil. Əli Kərimli bu "bəhanələri" qarşılarında çıxış etdiyi insanlara deyil, məhz hesabat verəcəyi dairələrə ünvanlanmışdı. Görünür, tribunadan acı-acı düşünən bu populist siyasətçi elə tribunadan da özünümüdafiəyə başlamışdı.

Bu ehtimalları mitinqlə bağlı yayılan məlumatlar da gücləndirir. Məlumata görə, Əli Kərimli Qərb ölkələrinin səfirlərinə mitinqə on minlərlə adam çıxaracağını vəd edib. Qarşılığında da maliyyə vəsaiti alıb. Lakin bu vəsait onun tərəfindən mənimsənilib. Mitinqə adam cəlb etmək üçün bölgələrə ayrılan vəsait ünvanına çatmayıb.

AXCP-nin nəşri olan "Azadlıq" qəzetinin informasiya manipulyası da bunu açıq göstərir. Misal üçün, mitinqdən reportaj verən qəzet məqalənin arasına "Bərdədən mitinqə gəlmək istəyənlərə rayon ərazisindən çıxmağa imkan verilmədi" cümləsinin "soxuşdurulması" da təsadüfi deyildi.

Lakin ortada real mənzərə var və bunu heç kim dana bilməz. Əli Kərimli "Məhsul" stadionun yarısını belə doldura bilmədi və bununla Qərb dairələrinin etimadını doğrultmadı, illərdir xalqın etimadını qazana bilmədiyi kimi...

Mitinqə insanların gəlməməsi Azərbaycan xalqının radikal qruplara etimad göstərmədiyi bir daha göstərir. Hansı ki, Əli Kərmli illərdir xalqın adından danışaraq pul qazansa da, heç vaxt xalqın etimadını qazana bilməyib. (Onun üçün bunun nə qədər maraqlı olduğu da sual altındadır!).

Mitinqin gedişatında baş verənlər də bu kontekstdə diqqət çəkdi. Aksiya başlayandan 10-15 dəqiqə sonra iştirakçılar mitinqi tərk etməyə başladılar. Əli Kərimlinin çıxışı zamanı bu, daha intensiv xarakter aldı. Mitinqin aparıcısı İlham Hüseyn mitinqi rədd edən ziyalılara qarşı təhqirə əl atdı. Bu, onların mahiyyətini açıq şəkildə göstərir.

Lakin Nurəddin Məmmədlinin mitinqə biganə qalanları cəhənnəmlə hədələməsi aksiyada dini şüarların səslənməsi fonunda xüsusi diqqət çəkdi.

Əli Kərimlinin son həmləsi

AXCP-nin zaman-zaman din üzərindən manipuliyasiya etməsi, sıfır elektoratını dindar kəsimlə artırması cəhdləri müşahidə olunub. Amma onların ən əlverişli yol adlandırdıqları bu oyunları da baş tutmayıb. İndi Əli Kərimli son həmləyə əl atdı. Taleh Bağırzadənin terrorçu tərəfdarlarını, islamçıları aksiyaya cəlb etməklə boşluğu doldurmağa çalışdılar. Bu, radikal qrupun mitinq görüntüsü yaratmaq və aldıqları pulların hesabatını vermək üçün bütün vasitələrə əl atdıqlarını təsdiq edir. Bu, həm də müxalifətin "xalqın müxalifəti dəstəkləməsi", "hakimiyyəti istəməməsi" və s. bu kimi iddialarının alt-üst edilməsi idi.

Və burada üç il öncə toxunduğumuz bi məqam yenə yada düşür: Və dahi Markes 39 il öncə yazırdı: "Guya bu zırramalar anlamırlar ki, siyasət ilk əvvəl kişilik tələb edir...". ("Patriarxın payızı" əsərindən). (http://www.publika.az/p/68291 ).

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR