“Əli Kərimli “tayfa təşkilatını” dəstəkləyirdi”- REAL-Cəbhə davası
Bizi izləyin

Nida.az

“Əli Kərimli “tayfa təşkilatını” dəstəkləyirdi”- REAL-Cəbhə davası

“Əli Kərimli “tayfa təşkilatını” dəstəkləyirdi”- REAL-Cəbhə davası

REAL hərəkatı üzvləri ilə cəbhəçilər arasında qarşıdurma davam edir.

Hərəkat funksioneri, tarixçi alim bir neçə gün öncə Ukraynada inqilab yolu ilə hakimiyyətə gələn müxalifət liderlərini ölkədə sabitliyi qoruya bilməməkdə ittiham edən AXCP sədri Əli Kərimli tənqid etdi. Bildirdi ki, 20 ildir müxalifətdə olan bir şəxsin Ukraynada inqilab edən siyasi liderləri tənqid etməyə mənəvi haqqı çatmır.
Cəbhəçilərinsə reaksiya olduqca sərt oldu və A. Göyüşova qarşı ittihamlar irəli sürüldü.

“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi isə dünən ReAL-ın digər funksioneri Natiq Cəfərovla radio debatda bildirib ki, A. Göyüşov müxalifət liderlərini tənqid etməkdənsə öz keçmişinə nəzər salsa daha yaxşı olar

“Həmin bu Altay Göyüşov 2003-cü ilin 16-17 oktyabrın dəyənəyi müsavatçıların başından qalxmamış Müsavatdan istefa verib, indi qətiyyətdən danışır. Özü Müsavatın Divan üzvü ola-ola, Müsavatın komandirlərindən biri ola-ola... O məğlubiyyətin bütün məsuliyyətini təkcə İsa Qəmbərin üstünə atmaq düzgün deyil”-deyə o qarşı tərəfi ittiham edib.

Publika.Az xəbər verir ki, Altay Göyüşov buna cavab olaraq deyib ki, qeyd Seymur Həzi həm qeyri-dəqiq, həm də qərəzlidir. Onun sözlərinə görə, tamamilə səhv informasiya üzərində tamamilə yanlış bir interpretasiya qurulur: “Dostumuz hadisələri təhrif edərək məni ağır durumda İsa Qəmbəri tərk etməkdə ittiham edir. Amma mən 2003-də istefa verməmişəm, o hadisələrdən 2 il sonra partiyadan getmişəm. Yeri gəlmişkən, mən heç vaxt Divan üzvü də olmamışam, qəzetdə analitik yazılar yazan dostumuz gərək bir az məlumatlarla diqqətli işləsin. Üstəgəl mən öz qətiyyətimdən danışmamışam, öyünməmişəm, mən statusda əyani qətiyyət göstərənləri müdafiə etmişəm.

Seymur Həzi radiodakı çıxışında İlqar Məmmədovun AMİP-dən gəldiyini bildirir və bu zaman həmin partiyanı neqativ bir siyasi qurum kimi təqdim etmək üçün onu “tayfa təşkilatı” adlandırır. Bu qədər zəif yaddaş olarmı? Seymur bəy niyə yadından çıxarır ki, həmin 2003-cü il seçkilərində AXCP məhz elə o “tayfa təşkilatının”- yəni AMİP-in liderinin prezidentliyə namizədliyini dəstəkləyirdi, müttəfiq idilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm