ABŞ-dan erməniləri məyus edəcək qərar
Bizi izləyin

Nida.az

ABŞ-dan erməniləri məyus edəcək qərar

ABŞ senatının Xarici Əlaqələr Komitəsinin ötən gün 410 saylı qərarı ilə qəbul etdiyi "erməni soyqırımı" layihəsi Senatın ümumi yığıncağının gündəliyinə salınmayıb.

ABŞ senatının Xarici Əlaqələr Komitəsinin ötən gün 410 saylı qərarı ilə qəbul etdiyi "erməni soyqırımı" layihəsi Senatın ümumi yığıncağının gündəliyinə salınmayıb.

ABŞ Senatı 16 günlük Pasxa tətilinə yollanıb. Senatın tətil öncəsi son iclasında isə qondarma soyqırım məsələsi müzakirə edilməyib.

Nəzərə alsaq ki, ermənilər hər il aprelin 24-də qondarma soyqırım gününü qeyd edirlər, bu baxımdan Senatın bu günlərdə sözügedən məsələni müzakirə etməməsi məsələnin əhəmiyyətini itirib.

Qərar layihəsinin mətnində spesifik olaraq 24 Aprel 2014 tarixinin "Erməni Soyqırımı"nın ildönümü olaraq xatırlanması istənilirdi. Ancaq layihə bu tarixdən əvvəl Senat Baş Assambleyası tərəfindən gündəmə alınıb qəbul edilməyib və bununla da sənəd etibarlılığını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm