Milli Şurada repressiyalar başladı
Bizi izləyin

Nida.az

Milli Şurada repressiyalar başladı

Milli Şuranın üzvü Sahib Kərimli bu qurumdan xaric edilib.

Publika.az xəbər verir ki, bu qərar Milli Şuranın Koordinasiya Mərkəzinin 14 sentyabr tarixli iclasında qəbul edilib.

Milli Şura Sahib Kərimlinin bundan sonra Milli Şurada qalmasını yolverilməz sayıb və onun təşkilatdan xaric edilməsinə qərar verib.

Məsələ ilə bağlı Sahib Kərimlinin münasibətini öyrəndik. O, Publika.az-a açıqlamasında deyib ki, Milli Şuradan uzaqlaşdırılması barədə qərardan xəbərsizdir: "Milli Şuradan çıxarılmağım barədə qərardan xəbərsizəm. İndi məsələni araşdıracam".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm