Referendum qabağı əhali nə düşünür? - "Opinion Way"in sorğusu
Bizi izləyin

Nida.az

Referendum qabağı əhali nə düşünür? - "Opinion Way"in sorğusu

Fransanın "Opinon Way" Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib.

Sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbə-üz müsahibə aparılıb.



Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafiq göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.



Tədqiqat müddətində rəyi soruşulanların 82%-i Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduqlarını bildirib və respondentlərin 93%-i hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədirlər.


Sorğuda iştirak edənlərin 96%-i prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstəriblər.

Respublikamızda bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsini (77%) və iqtisadi durum ilə bağlı çətinliyi (41%) qeyd ediblər.



Rəyi öyrənilən respondentlərin 81%-i sentyabrın 26-da keçiriləcək Referendumda iştirak edəcəklərini göstəriblər. Yalnız bütün respondentlərin 5%-i hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiklərini bildiriblər.



Bütün respondentlərin 87%-i Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd ediblər. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88%-i bu təsirin müsbət olacağı qənaətindədirlər.



Xüsusən də, rəyi öyrənilənlər təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişaf stimul verəcəyini düşünürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm