Nida.az
Siyavuş Novruzov: “Referenduma qarşı çıxanlar xarici dövlətlərin kəşfiyyat orqanlarına işləyir”
.jpg?v1752563641)
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın təşkil etdiyi mitinqlərə münasibət bildirib.
YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, referenduma qarşı çıxan şəxslər xarici dövlətlərin kəşfiyyat orqanlarına işləyir: "Onların əsas məqsədi Azərbaycanda keçiriləcək referenduma kölgə salmaqdır. Referendumda son sözü onlar deyil, xalq deyəcək. Xalqa da referendumda əks olunan məsələlərin hər biri izah olunub. Referendum ərəfəsində keçirilən rəy sorğularının nəticələri və yerlərdə əhalinin referenduma fəal münasibəti bizə onu deməyə əsas verir ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu proseslərdə yaxından iştirak edəcək və referenduma "hə" deyəcək".
YAP-ın referendumla bağlı keçirdiyi görüşlərə də toxunan S.Novruzov qeyd edib ki, partiya referendumla bağlı Bakı şəhərində və bölgələrdə əhali ilə sıx görüşlər keçirir və referenduma çıxarılan məsələlər seçicilərə izah olunur: "Əhali bu görüşlərdə çox fəal iştirak edir. Görüşlərlə bağlı gündəlik hesabat YAP-ın rəsmi internet səhifəsində və mətbuat orqanlarında dərc olunur. Görüşlərdə partiyanın səlahiyyətli nümayəndələri və Milli Məclisin deputatları da fəal şəkildə iştirak edirlər".
Vasif Həsənli

-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı
-
ABŞ03:47
Trampın süni intellektlə bağlı planları üzə çıxdı - 70 milyard dollar ayıracaq