MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başladı – VİDEO
Bizi izləyin

Nida.az

MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başladı – VİDEO

MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

***

MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı dar tərkibdə Bişkekdəki "Ala-Arça" dövlət iqamətgahında başlayıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, görüşün gündəliyində dörd məsələ salınıb.

Bunlar MDB-nin 25 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, MDB-nin müasir reallıqlara uyğunlaşdırılması, MDB-yə sədrlik və dövlət başçılarının növbəti şura iclasının keçirilməsi məsələləridir.

Yubiley iclasının gündəliyinə isə 15 məsələ daxil edilib. Sənədlərin genişləndirilmiş formatda keçiriləcək iclasın gedişatında imzalanacağı gözlənilir.

Toplantıda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova və Tacikistan prezidentləri, Moldovanın baş naziri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Özbəkistan xarici işlər naziri və Ukraynanın Qırğız Respublikasındakı səfiri iştirak edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm