Nida.az
Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı
Məlum olduğu kimi, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər.
Qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, dinləmələr çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavernmüzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.
Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub.
Qeyd edək ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir.
Məlumat üçün bildirək ki, ötən il komissiyanın Azərbaycan üzrə
dinləmələrində isə qondarma "DQR"-in ABŞ-dakı nümayəndəliyinin
rəhbəri iştirak etmişdi. Əli Kərimlinin oğlunun əli Azərbaycan
xalqının qanına batmış Bako Saakyanın oğlu ilə bilikdə Azərbaycana
qarşı keçirilən tədbirdə iştirakı olduqca düşündürücü
məqamdır.
Tədbirin əvvəlində konqresmen Makqavern Dövlət Departamentinin nümayəndəsinin dinləmələrə dəvət edildiyini, lakin onlardan cavab ala bilmədiklərini deyib. Dinləmələrə Skype vasitəsilə qatılan Xədicə İsmayılisə ABŞ-ın Azərbaycandakı səfirliyinin və şəxsən səfir Robert Sekutanın fəaliyyətini kəskin tənqid edərək, onları "vətəndaş cəmiyyətinə lazımi dəstək verməməkdə və Azərbaycan hökumətindən qorxmaqda" günahlandırıb.
Tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabr tarixində konqresmen Kris Smit tərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şifin imza atması bir daha ölkəmizə qarşı bu tipli hücumların arxasında məhz erməni lobbisinin durduğunu aydın göstərir.
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR