“Ermənistan bölgənin iqtisadi vahidi kimi mövcud deyil“
Bizi izləyin

Nida.az

“Ermənistan bölgənin iqtisadi vahidi kimi mövcud deyil“

“Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan sərmayələrin ümumi həcmindən dəfələrlə çoxdur”.

“Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan sərmayələrin ümumi həcmindən dəfələrlə çoxdur”.

Bunu parlamentdə Erməni Milli Konqresini təmsil edən deputatlardan biri – Aram Manukyan bu gün keçirilən iqtisadi forumda çıxışında deyib.

Onun sözlərinə görə, regional masştabda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə, mövcud deyil.

“Azərbaycanın neft-qazın nəqli ilə bağlı Gürcüstanda maliyyələşdirdiyi proqramların dəyəri 35-40 milyard dollardır. Analoji vəziyyət başqa sahələr üzrədir. Gürcüstan və Azərbaycan bizdən 5 dəfə çox turist qəbul edir. Eyni sözlər İrana aiddir. Yalnız Ermənistan heç bir inkişaf perspektivinə malik deyil”, - deyə Manukyan qeyd edib. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm