Ermənilər bəzi azərbaycanlıların köməyi ilə... - FOTO
Bizi izləyin

Nida.az

Ermənilər bəzi azərbaycanlıların köməyi ilə... - FOTO

Ermənistan Azərbaycana qarşı apardığı işğalçı siyasəti ilə yanaşı informasiya müharibəsini də davam etdirir və bunu daha da gücləndirir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə erməni lobbisinin dəstəyi və təşkilatçılığı ilə sentyabrın 15-də ABŞ Konqresində Azərbaycanın əleyhinə dinləmələr keçirilməsi və orada AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin işğal edilmiş Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanla yanaşı iştirak etməsini şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan informasiya müharibəsində geniş coğrafiyadan və müxtəlif üsullardan istifadə edir: "Bu, Ermənilərin yaşadığı zəngin və güclü təşkilatları olan ölkələrdə daha mütəşəkkil olur. İlk dəfə deyil ki, Azərbaycana qarşı belə tədbirlər keçirilir. Hesab edirəm ki, necə ki səngərdə, cəbhə xəttində birbaşa savaş gedirsə, biz də hamımız, hər birimiz bütün sahələrdə ermənilərlə informasiya müharibəsinə hazırlaşıb mübarizəni davam etdirməliyik".

Qeyd edək ki, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Türkel Kərimli (AXCP sədri Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç birbaşa iştirak edərək, jurnalist Xədicə İsmayıl isə SKYPE vasitəsilə qoşularaq çıxış ediblər.

Tədbirdə 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən müzakirələrə ermənipərəst Cim Makqavern qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.

Maraqlıdır ki, dinləmələrdə erməni diaspronunun ABŞ-dakı ən nüfuzlu qurumlarından olan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biri, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyan da iştirak edib.

Bundan əlavə, tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabr tarixində konqresmen Kris Smit tərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şifin imza atması bir daha ölkəmizə qarşı bu tipli hücumların arxasında məhz erməni lobbisinin durduğunu aydın göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm