Nida.az
Palçığa batan mitinq – TƏHLİL
Bu gün keçirdiyi ikinci mitinqdə Milli Şura sözün hər iki
mənasında palçığa batdı. Çünki ötən həftə baş tutan birinci
mitinqdən xeyli zəif bir aksiya alınmışdı. Amma palçığa batmağın
səbəbi təkcə yağışla bağlı deyildi.
Əvvəla, birinci mitinqə qatılanların arasında Milli
Şuranın tərəfdarı olmayan, amma özünü protest elektoratı hesab edən
şəxslər az deyildi. Onlar üçün fərqi yoxdur ki, kimin mitinqinə
qatılırlar; əsas odur ki, hakimiyyətə etirazlarını bildirmək üçün
harasa çıxsınlar. Mitinqi "Müsavat"ın aksiyasından bir gün əvvələ
təyin etməklə Əli Kərimli həmin seqmenti itirdi. Çünki onlar
istəyərdilər ki, Milli Şura ilə Müsavat birgə aksiya keçirsinlər və
hakimiyyətə qarşı daha geniş protest alınsın. Onların bu
istəklərini ürəklərində qoyan Kərimlinin ikinci konsertinə
gəlməmələri tamamilə təbiidir.
İkincisi, mitinqlər arasındakı dövrdə Əli Kərimli
"Nida"çıları küsdürdü. Belə ki, NİDA fəalı Ülvi Həsənlinin 11
sentyabr mitinqindəki nitqi Əli Kərimlinin xoşuna gəlməyib və o,
sonrakı nümayişlərdə çıxış üçün NİDA-çılara söz verilməməsini
tapşırıb. Bu xəbərin yayılması "Nida"çıların aksiyadan üzünü
döndərmişdi.
Üçüncüsü, Əli Kərimlinin REAL-ın rəhbərlərindən biri
Erkin Qədirlini ABŞ Konqresində keçirilən dinləmələrdən
kənarlaşdıraraq, onun yerinə öz oğlu Türkel Kərimlini göndərməsi,
təbii ki, REAL-a simpatiya duyan hər bir müxalif düşüncəli insanın
mitinqi boykot etməsinə səbəb olmuşdu.
Dördüncüsü, həmin dinləmələrdə azərbaycanlılardan daha
çox ermənilərin iştirakının üzə çıxması, Türkel Kərimlinin belə bir
yerdə Azərbaycanı pisləməsi mitinq tabutunun qapağına vurulan böyük
mıxlardan biri idi.
Bu hadisə hətta bir çoxlarını Kərimliyə "Kərimyan" deyəcək
qədər hiddətləndirmişdi.
Beşincisi isə mütləq din faktorunu qeyd etmək
lazımdır. Çünki bu, son iki mitinqdə ciddi amillərdən birinə
çevrilib.
Ötən mitinqə naradaranlılar da daxil olmaqla, xeyli radikal
dindar qatılmışdı. Amma Əli Kərimlinin dindarlarla ateistləri
"qardaş" elan eləməsi onları ikinci mitinqdən soyutdu. Bu ifadə
Kərimlinin çox ciddi naşılığı, üz tutduğu auditoriyanı
tanımadığının göstəricisi idi. Yoxlayın: bir radikal dindara deyin
ki, "Ateist səin qardaşındır", görün, reaksiyası necə
olacaq?
Ona görə də, bu qədər taktiki səhvdən sonra Milli Şuranın
ikinci mitinqinin fiaskoya uğrayacağı aydın idi. Belə də oldu:
rəsmi rəqəmlərə görə, birinci mitinqə 2500 nəfər qatıldığı halda,
ikinciyə 800 nəfər gəlmişdi. Və yaxşı ki, üçüncü mitinqi elan
etməməyi Kərimlinin ağlı kəsdi: çünki o, lap biabırçı alınardı. Bu
sadə səbəbə görə ki, birinci mitinqdə buraxılan səhvlər ikincidə
daha da dərinləşmişdi.
Məsələn, Milli Şuranın baş mollası Rövşən Əhmədli əvvəlcə
dini radikalizm üzərində köklənmiş və "Allahu Əkbər" nidaları ilə
müşayiət olunan çıxışı ilə liberal və sekulyar düşüncəli insanları
hürkütdü. Qərbyönümlü müxalif gənclərin əksəriyyətinin
dinə soyuq yanaşdıqları sirr deyil. Mitinqdə qaldırılan Avropa
Birliyinin bayraqları hara, səslənən "Allahu Əkbər" nidaları
hara?! Üstəlik, Rövşən Əhmədlinin çıxışı
müraciətini oxuduğu Taleh Bağırzadənin çıxışından çox az
fərqlənirdi...
Bir qədər sonra isə Rövşən Əhmədli belə bir fikir dedi ki,
ateist Xədicə hakimiyyəti dəstəkləyən dindardan daha yaxşıdır. Bu,
dindarlara qarşı çox ağır təhqirdir. Üstəlik, islama görə
müsəlmanın hətta pisi belə, "kafir"dən - ateistdən yaxşıdır. Ona
görə, Milli Şuranın mollası bir çıxış ilə həm dindarları, həm də
qərbyönümlüləri hürkütməyi bacardı.
Fuad Qəhrəmanlının yoldaşı Zümrüd Yağmurun da çıxışında a-lya
Nardaran notları çox idi: "Bu hakimiyyət artıq Allaha meydan oxyur.
Biz buna dözəcəyikmi?" Hakimiyyəti yezidlə, şeytanla müqayisə etmək
artıq keçilmiş mərhələdir – bunu Nardaran hadisələri ərəfəsində
Fuad Qəhrəmanlının özü etmiş, nəticə isə faciəvi olmuşdu.
Milli Şuranın sədri Cəmil Həsənlinin də eyni çıxışda həm Avropaya
inteqrasiyadan danışması, həm də Səid Dadaşbəylinin və Taleh
Bağırzadənin adını çəkməsi eyni absurdlar silsiləsindən idi.
Milli Şura Avropa Birliyi ilə İran arasında qaldıqca, getdikcə daha
çox palçığa batır. Düşüncə budur ki, Qərbdən pul, İrandan isə
ideoloji dəstək alıb, dindar auditoriyanı cəlb edərək, ikisini bir
flakonda birləşdirməklə. mitinqlər keçirilsin. Amma nəticə tam
əksinə olur. Hər halda, "Buridan eşşəyi"nin iki ot tayasının
arasında qalmağının nə ilə nəticələnməsi çoxdan bəllidir.
Vüsal Məmmədov
AzVision.az
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO