İsa Qəmbər də radikal dindarlara sığındı
Bizi izləyin

Nida.az

İsa Qəmbər də radikal dindarlara sığındı

Müsavat partiyasının bu gün "Məhsul" stadionunda keçkirdiyi aksiyası uğursuzluq yaşamaqdadır. SİA-ya daxil olan məlumata görə, partiyanın sabiq başqanı öz çıxışı zamanı dövlətçilik maraqlarına qarşı ifrat dərəcədə qərəzli və əsassız fikirlərə yer verərək, nəticədə özünü ifşa edib. Belə ki, dövlətin yürütdüyü demokratik siyasətə qarşı böhtançılıq, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən İsa Qəmbər danışığı əsnasında özünün hakimiyyətdə olduğu dövrləri unudub.

Xatırladaq ki, məhz AXC-Müsavat cütlüyünün iqtidarı zamanı İsa Qəmbər həm Ali Sovetin sədri, həm də dövlət başçısı vəzifəsini müvəqqəti icra edən şəxs kimi ölüm hökmünün icra eidlməsinə imza atıb. Bununla o ölüm hökmünün ləğvi istiqamətində başladılan prosesə göz yumaraq qaniçənlik, vəhşilik, qeyri-insanilik və murdarlıq nümayiş etdirmiş olub. Halbuki, həmin vaxtlar post-sovet məkanında ölüm hökmlərinin ləğv olunması prosesinə başladılmışdı və ölkələr ölüm hökmünə məruz qalmış şəxslərə qarşı humanistlik göstərərək, qanunun rəsmi qəbulunu gözləyirdilər. Hələ o dövrdə AMİP sədri "İ.Qəmbər sənin əlin bu xalqın qanına batıb" deyirdi.

İsa Qəmbər isə bu prinsipləri ayaq altına ataraq, qeyri-insani və qeyri-demokratik addıma gedib, 10 nəfər insanın qətlinə öz murdar imzasını atıb.

Məlumatımıza görə, bu günkü mitinqə "demokratiya", "insan haqları" və s. keyfiyyətlərdən dəm vuran İsa Qəmbərin məlum qərəzli fikirləri səsləndikdən sonra aksiyada iştirak edən bəzi insanlar onun simasızlığından təəccüblənərək, Müsavatın sabiq başqanına etiraz fiti səsləndirib "Məhsul" stadionunu tərk ediblər. İştirakçılar anlayıblar ki, Müsavatın keçirdiyi mitinq bilavasitə dövlətçiliyin və Azərbayca xalqının maraqlarına qarşı təşkil olunub.

Xatırladaq ki, avqust ayının ortalarından başlayaraq, Müsavat rəhbərliyi Bakıda fəaliyyət göstərən bəzi Qərb səfirliklərinə çağırılaraq, mitinq keçirmək barədə təlimatlar alıblar. Bunun üçün partiyaya 100 min dollar civarında maddi yardımın da olunduğu informasiyalar sırasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm