Xamneyiyə ŞOK MÜRACİƏT: “Qarabağda erməni tapdağında qalan övliyalar...”
Bizi izləyin

Nida.az

Xamneyiyə ŞOK MÜRACİƏT: “Qarabağda erməni tapdağında qalan övliyalar...”

"İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi və bu yarışlarda işğal olunmuş ərazilərimizdə yaradılan qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndələrinin iştirakı Azərbaycan dövlətinə, həmçinin, ölkəmizin inanclı vətəndaşlarına qarşı həqarətdir".

Bu barədə Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarını qəsb edənlər Qarabağda uyuyan övliyaları da tapdalayıblar: "Azərbaycanda gerçək Əhli-Beyt mənsubları olaraq, İranın Əhli-Beyt mənsublarını qətlə yetirənlərə belə şərait yaratmasını qəbul etmirik. Hesab edirik ki, özünü Əhli-Beyt davasının öndəri hesab edən İranın bu addımı həm dinimizin hökmlərinə ziddir, həm də peyğəmbər və Əhli-Beytinə böyük hörmətsizlikdir. Bu, yüz minlərlə Əhli-Beyt sevənlərin düşüncəsidir".

Camal Əzimbəyli İranın ali dini liderinə və dini öndərlərinə müraciət edib.

Картинки по запросу seyid camal əzimbəyli

"İranda bu cür tədbirlərin keçirilməsi, Azərbaycan torpaqlarını zəbt edənlərə şəraitin yaradılması nəinki pislənilir, hətta nifrətlə qarşılanır. İranın ali dini rəhbərinə bunun dayandırılması üçün müraciət edirəm. Çünki Qarabağda övliyalar uyuyur və bu torpaqları işğal edənlərə qucaq açılması qəbul edilməzdir. Ali dini lider bunun qarşısını almalıdır", - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm