Qafqazdan başlayacaq “su müharibələri” – ƏSRİN SAVAŞI
Bizi izləyin

Nida.az

Qafqazdan başlayacaq “su müharibələri” – ƏSRİN SAVAŞI

Dünya "su müharibələri" dövrünə qədəm qoyur və bu müharibənin başlayacağı əsas bölgələrdən biri Azərbaycanın da yerləşdiyi Qafqazdır.

Publika.az xəbər verir ki, Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin söylədiyi fikirlər belə deməyə əsas verir.

G. Gülbey bildirib ki, Qafqazın su mənbələri illərdir İsrail tərəfindən müşahidə altındadır: "Bu mənbələr Yaxın Şərqin su qaynağı olaraq nəzərdə tutulur. Suyun neft və təbii qaz kimi boru xətti ilə İsrailə nəql edilməsi planlaşdırılır".

Yeni yüzilliyin "su müharibələri" dövrü olacağını deyən G. Gülbey burada Qafqazla yanaşı, digər bir bölgəyə də diqqət çəkir.

"Biri Qafqazdır. ABŞ Gürcüstana həm də buna görə yerləşib. Digəri isə Türkiyənin Artvin bölgəsidir. Qaradəniz bölgəsinin meşə sahəsinin böyük hissəsi Artivindədir. Artivin əvvəlcə FETÖ-çülərin maraq dairəsində idi. "Samanyolu TV" burada etnik qarşıdurma yaratmaq üçün proqramlar, sənədli filmlər çəkməyə çalışdı. Lakin yerli əhali buna sərt reaksiya göstərdi. Hətta polisə belə şikayət etdi. Ermənilər də bu bölgədə əhalini israrla etnik köklərə görə ayırmağa cəhd etdilər. Bu günə qədər bacara bilməyiblər. Artivin xalqına etnik dərnəklər, etnik musiqi yaratmağa çalışdılar. Bu layihələrin sponsoru Avropa Birliyi fondları və xüsusi olaraq Soros fondu idi. Yerli xalq isə bir-birinə ət və dırnaq kimi bağlıdır. Lakin Artivinin yeraltı və yerüstü sərvətləri hər zaman Qərbin və İsrailin iştahasını artırıb".

G. Gülbey ABŞ-ın Ankaradakı səfirinin Artivinə səfər etdiyinə diqqət çəkib. Bildirib ki, diplomatın səfərinin səbəbi su məsələsidir.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Con Bass ötən həftə Artivin bölgəsinə gizli səfər edib.

Türkiyə mediasının məlumatına görə, səfirin məqsədi bölgə xalqını təxribata çəkməkdir. Bunu bir sıra səbəblər də təsdiq edir.

- C. Bass Artivinin Savaşat qəsəbəsinə gedir və Meydancık kəndini ziyarət edir. Kənddə Su Elektrik Stansiyası (SES) ilə bağlı bölgə xalqı ilə gizli görüşlər keçirir.

- Daha sonra Artivinin digər qəsəbəsi olan Yusufelinə gedir. Orada da SES-in inşası ilə bağlı görüşlər keçirir.

- Onun Artivində üçüncü ziyarəti isə şəhərin mərkəzində olub. Mərkəzdəki Hatila Vadisini ziyarət edən və bölgə xalqı ilə SES-lərin inşası ilə bağlı görüşlər keçirən ABŞ səfiri vətəndaşları təxribata cəlb etməyə çalışıb.

Bu bölgədə SES-lərin inşasına camaat ciddi etiraz edir. Hətta bundan öncə bölgə əhalisi kütləvi aksiyalar da keçirmişdi. Görünür, ABŞ səfiri bölgə əhalisini ayağa qaldırmaq üçün məhz SES məsələsini qabardaraq, planlarını onun üzərində həyata keçirmək niyyətindədir. Səfirin səfərində diqqətçəkən məqamlardan biri də onun diplomatik yox, mülki nömrəli avtomobildə olması olub.

Amerikalı səfirin gizli səfərində məhz su məsələsi ilə bağlı görüşlər keçirməsi "su müharibələri başlayır" ehtimalı fonunda diqqət çəkir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm