• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

İlham Əliyev Mingəçevirdə - FOTOLAR (YENİLƏNİB)

  • Nida.az
  • 21 Sentyabr 2016 19:39
  • 894 Baxış
İlham Əliyev Mingəçevirdə - FOTOLAR (YENİLƏNİB)

Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Şəhər Tarix Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. 1985-ci ildən 2015-ci ilədək isə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətini davam etdirib. Lakin sonradan Heydər Əliyev prospektində yerləşən əvvəlki Heydər Əliyev Muzeyinin binası yenidən quruldu və Mingəçevir Şəhər Tarix Muzeyi də həmin binaya köçürüldü. Yenidənqurma işlərindən sonra indi binanın ümumu sahəsi 810 kvadratmetr təşkil edir.

Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edən fotoguşə yaradılıb.

Bildirildi ki, üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunur və onlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Bu son dərəcə qiymətli eksponatlar ölkəmizin dünyanın qədim insan məskənlərindən olduğunu bir daha təsdiqləyir.

Muzeylə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

***

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərində aparılan abadlıq və tikinti işləri ilə tanış olub.

Dövlətimizin başçısı görülən işləri əks etdirən stendlərə baxdı.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verdi.

***

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Sənaye Parkının təməlini qoydu.

Sonra Azərbaycan Prezidenti Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Layihə rəhbəri Mehriban Axundova və ictimaiyyətin nümayəndəsi Arif Mahmudov yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gedib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, Ümummilli Liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud "Ana və uşaq" kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR