Prezident: Biz öz yolumuzla gedirik
Bizi izləyin

Nida.az

Prezident: Biz öz yolumuzla gedirik

Dünyada iqtisadi və maliyyə çətinlikləri davam edir, biz öz yolumuzla gedirik. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Ölkə başçısı qeyd edib ki, 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunandan bu günə qədər on minlərlə yeni müəssisə, bir milyondan çox yeni iş yeri yaradılmışdır: "Bölgələrimiz inkişaf edir, şəhərlərimiz abadlaşır, infrastruktur layihələri icra edilir, sahibkarlığın inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı burada özünü göstərir. Mən Prezident kimi parkın yaradılması ilə bağlı Fərman imzalamışam. İlkin vəsait ayrılıb ki, infrastruktur işləri görülsün. İnvestorlar isə, öz növbəsində, bütün qalan işləri görəcək və yaxın illərdə Mingəçevirdə ən müasir standartlara cavab verən sənaye müəssisələri zonası - klasteri yaradılacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Baxmayaraq ki, gəlirlərimiz azalıb, dünyada iqtisadi və maliyyə çətinlikləri davam edir, biz öz yolumuzla gedirik. Çünki bizim yolumuz milli maraqlar əsasında qoyulub. Biz inkişaf yolu ilə gedirik. Biz ölkəmiz üçün bütün lazımi tədbirləri görürük ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, inkişaf dayanıqlı olsun. Neftdən asılılıq minimum səviyyəyə düşsün və bizim ixrac potensialımız artsın. Ona görə, bu gün böyük və kiçik sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına böyük təkan verilib.

Aparılan islahatlar, ilk növbədə, idarəetmə, kənd təsərrüfatının, ixracın təşviqi ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, Mingəçevirdə bu Sənaye Parkının təməlini biz məhz bu il qoyuruq. Çünki bu il bütün dünya üçün bəlkə də son onilliklər ərzində iqtisadi cəhətdən ən gərgin illərdən biridir. Biz isə öz yolumuzla gedirik. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişafdadır, bölgələrimiz inkişaf edir, ölkəmiz uğurla irəliyə gedir və inkişaf dayanıqlı olmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm