Nida.az
Ermənistan Qarabağla bağlı nəyi gizlədir? – keçmiş nazirlər detalları açdı
"Azadlıq" radiosunun erməni xidməti Ermənistanın keçmiş
xarici işlər nazirlərindən Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması prosesinin bəzi detallarını öyrənib.
Publika.az xəbər verir ki, 1993-96-cı illərdə
xarici işlər naziri olmuş Vaan Papazyan ermənilərin bir məsələdə
yalan danışdığını bildirib: "Mən bir sıra məsələləri tamamilə açmaq
istəmirəm. Çünki danışıqlar prosesi hələ də gedir. Lakin onu deyə
bilərəm ki, Azərbaycanın atəşkəs haqda xahiş etməsi, yaxud
yalvarması haqda deyilənlər tamamilə yalandır. Hər iki tərəf
münaqişə edirdi və hər iki tərəfin ordusu zəifləmişdi".
1996-1998-ci ildə Papazyanı əvəz edən Aleksandr Arzumanyan güzəştlərin məcburi və qaçılmaz olduğunu bildirib: "Kazanda, yaxud Madriddə qəbul olunmuş prinsiplər ətrafında həll paketini hazırlamaq olar".
Qeyd edək ki, keçmiş diplomat Arumanyanın güzəşt deməklə əslində
hazırda müzakirə edildiyi deyilən rayonların qaytarılması
məsələsini nəzərdə tutur. Ermənistanda siyasilər və rəsmilər
hazırki danışıqlar prosesini "qarşılıqlı güzəşt" adlandıraraq, guya
Azərbaycanın da güzəşt edəcəyi ilə bağlı daxili ictimaiyyətə
inandırmağa çalışır. Həmçinin, Ermənistan tərəfi bununla "biz
güzəştə gedirik, qarşı tərəf də getsin" deməklə, qaytarmağa məcbur
olduğu Qarabağdan nəsə qopartmağa çalışır. Bu, həm də ermənilərin
siyasi ritorikasıdır.
"Münaqişə güzəştlə olmalı və hər iki tərəf güzəştə getməlidir",
- Arzumanyan ritorikanı davam etdirir.
Eyni ritorika 1998-2008-ci illərdə xarici siyasətə rəhbərlik
etmiş Vardan Oskanyanın da dilindən səslənir.
Asif
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ











.webp)







.jpg)













