Nida.az
Rayonların qaytarılması prosesi dayandı - SİRR
Aprel müharibəsindən sonra intensivləşən Dağlıq Qarabağ
münaqişəsi üzrə danışıqlar hazırda dondurulmuş vəziyyəti
xatırladır. Halbuki, mayın 16-da Vyana və iyunun 20-də
Sankt-Peterburq görüşündə ciddi irəliləyişlər haqda məlumatlar var
idi. Sankt-Peterburq görüşündən sonra rəsmi Bakı rayonların
qaytarılmasından sonra qaçqınların qayıdışı və Qarabağın statusunun
həlli üçün müzakirələrin başlanmasına dair razılığın olduğunu
açıqlamışdı.
Ermənistan tərəfi bunu tələm-tələsik təkzib etsə də, bu təkzibin
erməni ictimaiyyətinə yönələn ritorika olduğu məlum idi.
- İşğal olunmuş Qarabağ ətrafındakı 7 rayondan 5-i ilkin mərhələdə
qaytarılır
- İki rayonun qaytarılması prosesi sonrakı mərhələdə həll
olunur
- Qaçqınların öz evlərinə qayıtması həll olunur
- Bölgədə sülhməramlılar yerləşdirilir
- Dağlıq Qarabağın yekun statusu ilə bağlı müzakirələr
başlanır
Lakin danışıqlar qəfil dalana dirəndi. Ekspertlər bunu iyulun
17-də İrəvanda silahlı qrupun polis binasını tutaraq qiyama
başlaması ilə əlaqələndirirdi. Daxili vəziyyət pisləşdiyi üçün
Rusiyanın təşəbbüsü ilə İrəvana vaxt verilmişdi.
Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Ankaranın Moskva ilə
anlaşması bölgədə yeni reallıqlar yaratdı.
Azərbaycan-Türkiyə-İran-Rusiya formatının yaranması ideyası
yarandı. Belə olan halda, Ermənistan kənarda qala bilməz. İrəvanın
bu həlqənin içinə daxil olması üçün mütləq mənada Qarabağ
münaqişəsinin həlli lazımdır. Hansı ki, bütün region ölkələri bunun
Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində olmasını qəbul
ediblər. Avqustun 8-də Bakıda olan Rusiya prezidenti Vladimir
Putin, bir gün sonra Ərdoğanla rus torpaqlarında görüşdü. Avqustun
10-da isə Serj Sarkisyan Moskvaya dəvət olundu. Ermənistana verilən
möhlət başa çatmış və proses yenidən başlanır fikirləri ortaya
çıxdı. Lakin üfüqdə hələ də heç nə görünmür.
Bunun fonunda Ermənistanda baş nazirin dəyişməsi baş verdi. Ovik
Abramyanı "Qazprom"da işləyən Karen Karapetyan əvəz etdi.
Ehtimallar var ki, Karapetyanın bu posta gətirilməsi Rusiyanın
Qarabağ planının tətbiqini sürətləndirmək gedişidir.
Ermənistanın "Lragir" saytının yazdığı bir məlumat isə
danışıqlar prosesinin ləngiməsindəki sirri müəyyən qədər ortaya
çıxarır.
"Qarabağ danışıqlarının səngiməsi hər şeydən əvvəl Ermənistanda
parlament seçkiləri və hazırki hakimiyyətin dəyişməsi ilə bağlıdır.
Seçkilərdən sonra Ermənistan prezidenti Qarabağ üzrə danışıqlar
aparmaq hüququnu başqasına verəcək. Hələlik həmin şəxsin kim olduğu
həll olunmayıb. İndi Serj Sarkisyan mövcud vəziyyəti saxlamağa
çalışır və Qarabağla bağlı qərarlar qəbul etməkdən imtina edir.
Ermənistanda hakimiyyətin ötürülməsi prosesindən sonra Qarabağ
danışıqlarına qayıtmaq mümkün olacaq. İndiki halda bu, çətin
görünür", - deyə sayt yazıb.
Asif
-
İdman06:16
“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO