Rövşən Rzayev: “Referendum ərazi bütövlüyümüzün bərpasında böyük rol oynayacaq” - FOTO
Bizi izləyin

Nida.az

Rövşən Rzayev: “Referendum ərazi bütövlüyümüzün bərpasında böyük rol oynayacaq” - FOTO

"Mən səvermə prosesindən çox razı qaldım. Müşahidələrim onu deməyə əsas verir ki, seçicilər olduqca aktivdirlər. Azərbaycan xalqı ölkənin bundan sonrakı inkişafının müəyyənləşdirilməsində aktiv iştirak edir".

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib. 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə hüququndan istifadə edən Milli Məclisin deputatı seçki posesi təşkilinin yüksək səviyyədə olduğunu bildirib.

Onun özlərinə görə, Azərbaycan seçicisi seçkilərdə aktivlik nümayiş etdirməklə Prezidenti İlham Əliyevdən böyük gözləntilərinin olduğunu göstərir: "Bu gün xalqla iqtidar arasında vəhdət yüksək səviyyədədir. Bu birlik Azərbaycanın yeni uğurlar qazanmasında, xüsusilə ərazi bütövlüyünün bərpasında böyük rol oynyacaq".

R. Rzayev səs verərkən qarşılaşdığı vəziyyətdən də danışıb. "Müşahidə etdim ki, seçicilərin adlarının seçici siyahılarında axtarılması, şəxsiyyət vəsiqələrinin yoxlanılması kimi prosedur qaydlarına diqqətlə əməl olunur. Əminəm ki, referendum Azərbaycanı uğurla qabağa aparacaq"- deyə deputat bildirib.

Milli Məclisin deputatı referendum öncəsi bir sıra beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli mövqelər sərgiləməsini də şərh edib: "Bu cür mövqelər ilk dəfə deyil. Əminəm ki, Azərbaycan xalqı da belə mövqelərlə tanışdır. Bu cür mövqe sərgiləyən qurumlar Azərbaycan torpaqlarını işğal edən Ermənistanın havadarları kimi çıxış edirlər. Məlumdur ki, dünyanın aparıcı ölkələrində erməni lobbisi fəaliyyət göstərir. Bu lobbinin təsiri nəticəsində özlərini demokrat adlandıran qurumlar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Lakin bugünkü seçkilərlə Azərbaycan xalqı demokratik respublika inşaa etdiklərini hər kəsə bir daha sübut edəcək".

Asif Nərimanlı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm