Seçici fəallığı çox yüksəkdir – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Nida.az

Seçici fəallığı çox yüksəkdir – RƏSMİ AÇIQLAMA

Referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyir.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, prosesi izləyən beynəlxalq müşahidəçilər arasında Avropa Şurası Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya və bir çox ölkələrin parlament nümayəndələri var.

"Hər məntəqədə orta hesabla 10 müşahidəçi referendumun keçirilməsini izləyir".

MSK sədri bu gün səhər saatlarında bəzi məntəqələrdə neqativ halların müşahidə edilməsi ilə bağlı iddialara da aydınlıq gətirib:

"Bu saata qədər Mərkəzi Seçki Komissiyasına rəsmi qaydada şikayət daxil olmayıb. Səhər saatlarında seçki qutularında bülletenlərin çox olması seçici fəallığı ilə bağlıdır. Belə ki, müşahidə göstərir ki, məntəqələr səhər 08:00-da açılandan seçki fəallığı müşahidə edilib. Yayılan məlumatlar isə iddiadır, hər hansı pozuntu olsaydı, bu barədə "Qaynar xətt"ə məlumat daxil olardı. Qaynar xətti"miz də daim açıqdır. Müşahidəçilər də yerlərdə sərbəst şəkildə müşahidə aparırlar. Seçici fəallığı çox yüksəkdir".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm