“Opinion Way” Tədqiqatlar İnstitutu exit-pollun nəticələrini açıqladı
Bizi izləyin

Nida.az

“Opinion Way” Tədqiqatlar İnstitutu exit-pollun nəticələrini açıqladı

Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutu "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendum) keçirdiyi exit-poll tədqiqatının nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi Rafiq İsmayılov bildirib ki, exit-poll 118 seçki dairəsinin 152 seçki məntəqəsində keçirilib.

O, exit-pollun 320 nəfər işçi heyətinin gücü ilə keçirildiyini deyib. R.İsmayılov gün ərzində 4 dəfə supervazerlər tərəfindən exit-pollun nəticələri haqqında məlumatların mərkəzə ötürüldüyünü qeyd edib. Təşkila rəhbəri bildirib ki, 12 mindən artıq insan exit-polla cəlb edilib.

"Opinion Way" Tədqiqatlar İnstitutunun rəsmisi Bruno Janbart referendumda Konstitusiyaya təklif olunan 29 əlavə və dəyişikliyin 4 blok üzrə exit-polla çıxarıldığını deyib.

"Birinci blokda təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı təkliflər var idi. Bu blok üzrə vətəndaşların 89,3 faizi "bəli", 10,7 faizi "xeyr" cavabı verib. İkinci blokda icra hakimiyyətinin strukturu və səlahiyyətlərinə aid təkliflər var idi. Tədqiqatın nəticələrinə görə, bu təkliflərə seçicilərin 88,9 faizi "bəli", 11,1 faizi "xeyr" deyib.

Üçüncü blokda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı təkliflər yer alıb. Bu blok üzrə seçicilərin 90,1 faizi "bəli", 9,9 faizi "xeyr" deyib. Seçkili və təyinatlı vəzifələr üçün yaş məhdudiyyətləin ləğv edilməsi ilə bağlı təkliflər dördüncü qrupda idi. Exit-pollun nəticələrinə görə, bu blok üzrə təlif olunan dəyişiklik və əlavələrə seçicilərin 88,8 faizi "bəli", 11,2 faizi "xeyr" cavabı verib", - o, bildirib.

Bruno Janbart ümumi seçici fəallığının 66,8 faiz təşkil etdiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm