Bakıda silah sərgisi açıldı - FOTOLAR
Bizi izləyin

Nida.az

Bakıda silah sərgisi açıldı - FOTOLAR

Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayıb.

27-30 sentyabr tarixlərində keçirilən və müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan "ADEX" sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradır.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers" "CEO" şirkəti "ADEX" sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Azərbaycan Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən "ADEX 2014" sərgisinə göstərilən böyük maraq Azərbaycanın regionda həm strateji tərəfdaş, həm də etibarlı münasibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir. Tədbirə müşahidə olan böyük marağını nəzərə alaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadıblar. "ADEX 2016" sərgisində 150-dən çox şirkət iştirak edir.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edir. Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirilir. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilir: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. Beləliklə, "ADEX 2016" sərgi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm