Nida.az
Ermənistana qaçan vətəndaşımız geri qayıtmaq istəyir
Bu ilin yanvar ayında Azərbaycan vətəndaşlığından imtina edərək ailəsi ilə birlikdə Ermənistan tərəfə keçən Cavid Orucov Azərbaycana qayıtmaq istəyir. Amma o, geriyə tək qayıtmaq fikrindədir və ailəsini Ermənistanda qoyacaq.
Publika.Az xəbər verir ki, C. Orucov bu barədə BBC-yə müsahibəsində deyib. O, arvadı və uşaqları ilə birlikdə qaçqınlar üçün nəzərdə tutulan mərkəzdə qaldığını deyir: “Burda Suriya ermənilərinin, afrikalıların və iranlıların arasında yaşayırıq. Yataqxana qonşularımızla prinsipcə normal yola gedirik. Yeməyi on gündə bir dəfə verirlər, hər şeyi öz hesabıma alıram, heç kimdən bir qəpik də görməmişəm”.
C. Orucov BMT-nin qaçqınlar üzrə ali Komissarı ilə görüşə bilməməkdən şikayətlənir: “Onunla görüşə buraxmırlar, artıq üç aydır ki, burdayam, bir dəfə olsun görüşməmişəm”.
O, müsahibəni oğlu ilə İrəvanın küçələrində gəzərkən verib. Amma onlara heç bir mühafizə verilməyib. C. Orucov təhlükəsizlik problemlərinin olmadığını deyir, amma belə bir şeyi istisna da etmir: “Əgər Ermənistan dövləti belə laqeyd münasibətə davam edəcəksə, mən ailəmi burda qoyub ölkəni tərk edib Azərbaycana qayıdacağam. Burda təbii ki, işləyə bilməyəcəm. Hətta bizim taleyimizin nə olacağını bilmirəm. Heç kim mənə heç nə demir”.
Xatırladaq ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov bu il yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. O, bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb.
Avropa ölkələrinin Azərbaycandakı səfirliyində çalışan anonim
mənbə isə mediaya maraqlı məlumat sızdırıb. Məlumata görə, C.
Orucov hansısa Avropa ölkəsinə getmək məqsədilə həmin səfirliyə
müraciət edib. Səfirlikdən isə ona məsləhət görüblər ki, əvvəlcə
Ermənistana keçsin, ordan üçüncü ölkəyə getmək asan olacaq. Çünki
Azərbaycan və Ermənistan arasındakı mövcud duruma görə heç kim onu
geri qaytarmayacaq.
Görünür, avropalı diplomatlar Ermənistan dövlətinin laqeydliyini
nəzərə almayıblar. Bununla yanaşı, C. Orucovun yenidən Azərbaycana
qayıtması və dedikləri onun Azərbaycanda təqib edilmədiyi qənaətini
yaradır.
Orucovun anası Mirvari Orucov isə oğlunu itirdiyi üçün deyil,
etdiyi hərəkətə görə pis olduğunu deyir: “Övladının onu atıb
getməsi, özü də düşmən ölkəyə getməsi görün ana üçün nə qədər
ağırdır”.
Orucovun 2001 və 2003-cü illərdə Rusiyada yaşadığını deyən anası oğlunun sonradan Norveçə getdiyini deyir: “Ora 2013-cü ildə gediblər. 2013-cü ilin sentyabrında deportasiya olunub və Azərbaycana qayıdıblar. Cavid yenidən Azərbaycanı tərk etmək fikrinə düşüb. 3 gün evlərinə zəng etdim, zəng çatmadı. Yanvarın 30-da işə getmişdim, orada eşitdim ki, oğlum belə bir hərəkət edib. Məktəbin müəllimləri də bundan xəbər tutdu. Çox xəcalət çəkdim. Axı mən belə övlad böyütməmişəm ki, düşmən qapısına qaçsın”.
Cavid Orucovun ikinci həyat yoldaşı milliyətcə ermənidir, anası oğlunun bu səbəbdən Ermənistana keçdiyini ehtimal edir. Ermənistan mətbuatının yaydığı məlumata əsasən, guya Cavid Orucov həyat yoldaşının erməni milliyyəti ilə qarışığı olması səbəbindən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən incidilib və müəyyən maraqlar üçün istifadəyə məcbur edilib. Rəsmi statistikaya görə isə bu gün Azərbaycanda 30 minədək erməni əsilli vətəndaş yaşayır. Lakin onların milli mənsubiyyətlərinə görə incidilməsi və ya nəyəsə məcbur edilməsi ilə bağlı bu günədək hər hansı fakt yoxdur.
Mirvari Orucova deyir ki, gəlininin nə milliyyəti, nə başqa xüsusiyyəti onu maraqlandırmayıb: “Sadəcə, insan kimi yaxşı insan olub. Onun atası Şuşalıdır. Anasının bir tərəfi polyak yəhudisi, bir tərəfi ermənidir. Amma nə mən, nə qohumlar heç kim onu erməni adı ilə tanımayıb və incitməyib”.
Oğlunu tüfeyli həyat tərzinə meylli şəxs kimi xarakterizə edən
Mirvari Orucova onun ailəsi ilə birgə düşmən ölkəsinə keçməsini
qəti şəkildə pisləyib, bir daha onu asan yolla gəlir əldə etməyə
meylli şəxs kimi xarakterizə edib. Ana övladının bu addımı
atmasında kənar təsirlərin olmasını da istisna etməyib: “Çətinlik
ola bilər. insan haradasa çətinlik çəkə bilər. Ancaq bu, onu məcbur
etmir ki, ən alçaq yola əl atsın. Mən onu dəstəkləmirəm, çəkdiyim
əziyyəti halal etmirəm”.
Asif
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ