Şimalda məzhəb davası: nurçularla vəhhabiləri nə birləşdirir?
Bizi izləyin

Nida.az

Şimalda məzhəb davası: nurçularla vəhhabiləri nə birləşdirir?

Şimalda məzhəb davası: nurçularla vəhhabiləri nə birləşdirir?

“Şimal bölgəsində məzhəblərarası vəziyyət gərgindir. Əsas mübarizə hazırda məscid üstündə gedir”.

Bu barədə Azərbaycanın Şimal bölgəsində fəaliyyət göstərən, adının açıqlanmasını istəməyən QHT rəhbərlərindən biri publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bölgədəki sələfilərin koordinatoru Bakıdakı “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanovun qohumu Məhəmməd Cabbarovdur: “O, Xaçmaz sələfilərinə rəhbərlik edir, həm də Quba, Qusar rayonlarındakı sələfiləri də idarə edir. Xaçmaz rayon mərkəzi məscidi təmirə bağlanandan sonra məzhəblərarası mübahisə daha da qızışdı. Bu məsciddə sələfilərlə şiələr növbəli namaz qılırdı. Maraqlı odur ki, bu məscid şiə məscidi kimi qeydiyyatdan keçib. Axundu Yaşar Rzayev də şiədir. Məscid üzərində başlayan mübahisə artıq dini müstəvidə gərginləşib. Məscid bağlanandan sonra müvafiq qurumlar sələfiləri Qobuqıraqlı məscidinə, şiələri isə Qaraqurudlu məscidinə göndərdilər. Amma Qobuqıraqlı məscidinin ibadətə yararsız olduğu deyilir, buna görə də sələfilər oradan imtina edirlər”.

QHT rəhbəri bildirib ki, son vaxtlar bölgədə sələfilərin nurçularla yaxınlaşması müşahidə olunur: “Maraqlıdır ki, onlar əvvəl bir-birlərini qəbul etmirdilər. Amma məscid problemi yaranandan sonra nurçular sələfilərə öz məscidlərini təklif etdilər. Xaçmazın Nərimanov küçəsində nurçuların bir məscidi var. Sonradan yayılan məlumatlara görə, sələfilərlə nurçular həmin məsciddə namaz qılmaq üçün öz aralarında razılığa gəliblər”.

Mənbə əlavə edib ki, nurçularla vəhhabilər digər məzhəblərə qarşı birgə hərəkət etmək niyyətindədirlər. Qeyd edib ki, mərkəzi məscidin təmirə bağlanmasının əsas səbəbi də şiələrlə sələfilər arasında qarşıdurmanı aradan qaldırmaqdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm