Nida.az
Elmar Məmmədyarov Fransanın sabiq xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın sabiq xarici işlər naziri Über Vedrin ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa münasibətləri və sözügedən münasibətlərin gələcək inkişafı müzakirə olunub.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi haqqında qarşı tərəfə məlumat verən E.Məmmədyarov, Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həlli, eyni zamanda, regionun inkişafına mənfi təsir göstərdiyini bildirib.
Həmçinin nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını və mövcud olan geniş fürsətlərdən yararlana bilmədiyini vurğulayıb.
Eyni zamanda, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK