Nida.az
Sülhəddin Əkbər Milli Şuraya etiraz etdi - Açıqlama

“Milli Şuranın Koordinasiya Şurasının 19 nəfərdən ibarət olması
effektiv işləmək, çevik qərarlar qəbul etmək, səmərəli müzakirələr
aparmaq üçün xeyli çoxdur. Ola bilsin KŞ-nın tərkibi daha da
genişlənsin, mən bunu düzgün hesab etmirəm”.
Bu barədə Azad Demokratlar Partiyasının sədri, Milli Şuranın
üzvü Sülhəddin Əkbər Publika.Az –a açıqlamasında deyib. S. Əkbər
bildirib ki, onun təklifi KŞ-nın 9 nəfərdən artıq olmaması ilə
bağlı olub: “Amma təəssüf ki, bura daha geniş format əsas
götürüldü. Həmçinin siyasi məqsədə uyğunluq “nəzərə alındı”.
Təcrübə göstərir ki, say tərkibi 7-9 nəfərdən artıq olanda
müzakirələri səmərəli aparmaq, çevrik qərarlar qəbul etmək çətin
olur, xüsusən də indiki məqamda”.
Özünün KŞ-da təmsil olunmamasına gəlincə S. Əkbər bildirib ki,
bu, partiya quruculuğu ilə bağlıdır.“Yeni partiya qururuq, mən də
təşkilat komitəsinin sədriyəm. Təşkilat komitəsində bir çox işləri
görmək üçün kifayət qədər az vaxt-cəmi 3 ay qalıb. Bu müddətdə
hazırlığımızı başa çatdırmalı, qısa zamanda çoxlu iş görməliyik.
Mən də xahiş etdim ki, bunu nəzərə alsınlar”-deyə o diqqətə
çatdırıb.
Qeyd edək ki, S. Əkbər mətbuata açıqlamasında “təkliflərimizə
müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirməyin
tərəfdarı deyilik” açıqlamasını vermişdi. Bununla bağlı məsələnin
nə yerdə olduğuna gəlincə, S. Əkbər bildirib ki, hələ müzakirələr
başa çatmayıb, islahatlar davam edir: “Fəaliyyət proqramında
başlıca məqsəd və vəzifənin müəyyən olunması ilə bağlı təkliflərim
əsasın nəzərə alınıb. Struktur islahatı indi başlayıb. Struktur
islahatında hələlik KŞ yaradılıb. Amma say tərkibi ilə bağlı
təklifim qəbul edilməyib. Hazırda mən Milli Şuranın sıravi üzvüyəm,
rəhbərlikdə təmsil olunmuram. Bu da imkan verir ki, partiya
quruculuğuna daha çox vaxt ayırım”.
S. Əkbər partiya quruculuğu ilə bağlı bir neçə istiqamətdə iş
apardıqlarını bildirib. Onun sözlərinə görə, birinci istiqamət
sənədlərin hazırlanmasıdır “Yeni proqram və nizamnamə hazırlanır.
Artıq nizamnamə layihəsi başa çatdırıldı, müzakirəyə verilib.
Təşkilat komitəsinin üzvləri bu layihə ilə tanış olurlar. Proqram
üzərində iş gedir. Bu, nəzəri sahədir. İkinci istiqamət rayon
təşkilatlarında təsis konfranslarının keçirilməsidir. Növbəti bazar
gününə kimi bir neçə rayon təşkilatlarının konfransları
keçiriləcək. Üçüncü istiqamət isə birbaşa qurultaya
təşkilati-texniki hazırlıqdır. Bu işləri mart ayının sonundan
başlayacağıq. 3 aylıq müddətdən sonra qurultayın yeri və vaxtı
haqqında konkret qərar verəcəyik. Ondan sonra işimizi həyata
keçirəcəyik”.
Asif Nərimanlı

-
Sosial15:21
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı
-
Magazin115:10
Hacı Nuranın brilliant daşlarla bəzədilmiş 30 minlik saatı - Video
-
Magazin114:30
Meyxana ustadları biznesmenin itinə meyxana dedilər - Video
-
Hadisə13:52
Şəxsi görüntüləri ilə şantaj olunan baş həkimin şok əməlləri - Həbs edildi, əmlakları isə...
-
Cənubi Qafqaz13:10
İran sentyabr döyüşlərində Ermənistana belə kömək edib - Kostanyandan ETİRAF
-
Qarabağ 12:40
Xankəndidə son vəziyyət: Ruben “döyüşmək istəyir”, Araik “sonumuz olacaq” deyir
-
Region12:22
Ermənistan ordusunda nə baş verir? - Bir-birini... - VİDEO
-
Region12:15
İran indi də Ukraynanı hədələyir: Zelenskiyə raket təhdidi