
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.
Bununla bağlı aprelin 15-də prezident İlham Əliyev Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə dəyişiklik
edib.
Dəyişiklik nəticəsində komitə sədrinin müavinlərinin sayı 3-ə
çatıb.
İndiyədək müavinlərin sayı 2 idi: biri birinci müavin, digəri
müavin.
Hazırda komitə sədrinin birinci müavini Səyyad Aran, sədr müavini
isə Gündüz İsmayılovdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad
İskəndərovdur.