Nida.az
“Cəmil Həsənliyə bir məsləhətim var” - Sabiq deputat
“Hörmətli Cəmil müəllimi bundan sonra acımasız, ancaq şəxsi
maraqlarından və çıxarlarından başqa heç nə düşünməyən insanların
istismar etməsini istəməzdim. Cəmil müəllimi partiyadan
uzaqlaşdıranların bu gün ona göstədikləri sevginin nə qədər müddət
çəkəcəyini hər halda professor özü hamıdan yaxşı bilir”.
Publika.Az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil deyib. O, çox şeylər yaza biləcəyini, amma hamının hər şeyi yaxşı bildiyini vurğulayıb: “Çox şeylər yazmaq olar, amma hesab edirəm ki, hamı hər şeyi məndən də yaxşı bildiyindən burda dayanıb hörmətli Cəmil müəllimə kiçik qardaşı kimi bir məsləhətim var. Siz sizi səmimi qəbul edənlərin etibarını və etimadını prezidentliyə namizəd kimi doğrultdunuz. Eyni zamanda bu prosesdən şəxsi maraqları üçün istifadə etmək istəyənlərin arzularını gözündə qoydunuz. Məsləhətim odur ki, bundan sonra sözdən istifadə etməklə bitməmiş arzularını bitirmək istəyənlərdən uzaq olasınız”.
Müsavat rəsmisi qeyd edib ki, Cəmil Həsənlinin prezidentliyə
namizədliyinə səs verən, kampaniyasında əlindən gələni hamı kimi
edən biri olduğunu özü bilir.
Asif
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək