Hacı Şahindən nurçu əməliyyatına dəstək - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Hacı Şahindən nurçu əməliyyatına dəstək - AÇIQLAMA

Hacı Şahindən nurçu əməliyyatına dəstək - AÇIQLAMA

"Sakinlərinin böyük əksəriyyəti sünni təriqətinə mənsub olduğundan nurçular məhz Göyçayı seçiblər. Göyçayın dini mənzərəsi rəngarəngdir. Orada ənənəvi sünni və şiə təriqətlərilə yanaşı, nurçuluq və vəhhabilik də yayılıb. Yəni rayonda qeyri-ənənəvi təriqətlərin meydana çıxması üçün şərait mövcuddur. Nurçuluq və vəhhabilik ənənəvi məzhəblər arasındakı tarazlığı pozur. Elə onların məqsədləri də odur ki, bu tarazlığı pozsunlar".

Bu sözləri teleqraf.com-a açıqlamasında əslən Göyçaydan olan "Məşədi Dadaş" dini icmasının rəhbəri Hacı Şahin Həsənli bildirib.

H.Şahin Göyçayda polisin nurçulara qarşı əməliyyat keçirməsini təqdir edib: "Bu cür təriqtələrə qarşı həm hüquq müstəvisində, həm də maarifləndirmə yolu ilə mübarizə aparmaq lazımdır. Məndə daha əvvəldən də məlumat var idi ki, Göyçayda nurçu, vəhhabi təriqətlərinə məxsus şəxslər var. Bu təriqətlərin daxili şəbəkələşmə sistemi mövcuddur. Məsələn, nurçular təhsil, media, biznes strukturlarında təmsil olunmaqla, bir-birinə dəstək olurlar. Biz Türkiyədə də bunun şahidi oluruq. Mümkündür ki, nurçuların Göyçayda biznes şəbəkəsi olsun. İnsanları pulla təriqətə qoşmaq kimi faktlar da mövcuddur. Onlar rayondakı dini durumdan öz maraqları üçün istifadə edirlər".

Ruslan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm