Nida.az
Asim Mollazadə: “Azərbaycanın etibarlı tərəfdaşlıq siyasətinə adekvat münasibət yoxdur”
“Azərbaycan xarici siyasətində tərəfdaşlıq prinsipini əsas strategiyası seçib. Biz qonşularımızla mədəni, sosial, siyasi münasibətlər qurur, qonşuluq prinsipini qoruyuruq”.
Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.Az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığına dair səsləndirdiyi fikirləri şərh edərkən deyib. A. Mollazadə qeyd edib ki, Azərbaycan qonşuları ilə yanaşı, bütün dünya ölkələri ilə isti münasibətlər qurur və bütün əlaqələrdə etibarlı tərəfdaş rolunu oynayır: “Ən əsası isə Azərbaycan bu münasibətlərdə beynəlxalq hüquq normaları çərçivəsindən çıxış edir. Həmçinin bir sıra dövlətlərlə ortaq maraqlardan irəli gələn münasibətlərimiz formalaşıb. Misal üçün Türkiyə və Gürcüstanla münasibətlərimiz həm də ortaq maraqlardan irəli gəlir və Azərbaycan buna çox önəm verir. Bu ölkələr eyni zamanda regionda nəqliyyat dəhlizlərinin, enerji resurslarının formalaşdırılmasında mühüm rola malikdirlər”.
Lakin millət vəkili beynəlxalq hüquq normalarının həmişə qorunmadığını, nəticədə Azərbaycanın etibarlı tərəfdaşlıq siyasətinə adekvat münasibət olmadığını dilə gətirib.
“Bu gün beynəlxalq hüququn aliliyinin qorunduğunu əminliklə deyə
bilmərik. Söhbət Azərbaycanın ərazisinin işğalından gedir.
Gü4rcüstan da eyni taleyi yaşayır. Bu gün Ukrayna baş verən müvafiq
proseslər də məhz bundan qaynaqlanır. Çox təəssüf ki, biz
beynəlxalq ictimaiyyətin laqeyd münasibətini görürük. Ermənistan
torpaqlarımızı işğal edib, bununla bağlı 4 qətnamə var, amma
təcavüzkarın qarşısı hələ də alınmayıb. Bütün bunlarsa regionda
sabitliyin pozulmasına və tərəfdaşlıq məsələlərinə xələl gəlməsinə
səbəb olur. Biz bütün beynəlxalq ictimaiyyətdən hüququn aliliyinin
qorunmasını, torpaqlarımızın qaytarılmasını, bütünlüklə ərazi
bütövlüyü prinsipinə əməl edilməsini, sülhün bərqərar olmasını
tələb edirik”-deyə komitə üzvü vurğulayıb.
Asif
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO