Nida.az
Vaqif Hacıbəyli: “Qabil Hüseynlinin işdən çıxmasına baiskar olmamışam”
Əhrar Partiyasının sədri Vaqif Hacibəyli sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin ittihamlarına cavab verib.
V. Hacıbəyli Publika.Az-a açıqlamasında bildirib ki, Q. Hüseynlinin vəzifədən çıxarılmasına o basir olmayıb: “Onun qəbulunda 1995-ci ildə olmuşam. Həmin vaxt OMON silahlı qiyam etmişdi. Hakimiyyətlə danışıqlar aparmaq üçün mənim rəhbərliyimlə nümayəndə heyəti müəyyənləşdirilmişdi. Biz də Prezident Aparatına yollandıq. Məqsəd isə qiyamla bağlı siyasi müxalifətin mövqeyini hakimiyyətə çatdırmaq idi. Bizi qəbul otağında həmin vaxt dövlət müşaviri vəzifəsini tutan Qabil Hüseynli qarşıladı. Söhbət zamanı siyasi müxalifətin mövqeyini çatdırdıq. Qeyd etdik ki, siyasi müxalifət hərbi müxalifəti dəstəkləmir və problemin sülh yolu ilə həll edilməsini istəyir. Qabil Hüseynli də qeyd etdi ki, artıq qərar qəbul olunub və qiyamçılar tərksilah olunmalıdır”.
V. Hacıbəyli qeyd edib ki, Q. Hüseynlinin dedikləri yalandır.
“Qabil Hüseynli deyir ki, guya həmin görüşdə onun fikirlərini
gizli şəkildə diktafona yazmışam, onun vəzifədən çıxarılmasına
səbəb də bu olub. Bu tamamilə yalandır. Həmin vaxt biz danışıqlara
gedirdik, heç yadımıza diktafon düşürdü? Mən görüşdən sonra bizim
aramızda olan söhbəti “Yeni Müsavat” qəzetində çap etdirdim. Sadəcə
olaraq bu müzakirəmizi o qədər vicdanla qələmə almışdım ki, Qabil
Hüseynliyə elə gəlir ki, məndə diktafon olub. Sadəcə olaraq Qabil
Hüseynlini qeyri-səmimiliyinə görə işdən azad etdilər. Mənim ona
qarşı kinim, qərəzim və incikliyim yoxdur. Qabil Hüseynlinin mənə
yalnız bir iradı ola bilər. Biz müzakirə aparan zaman Qabil
Hüseynli bildirdi ki, mən çox şey danışa bilmirəm, çünki burada
mənə böyük etimad yoxdur. Mən də bu ifadəni olduğu kimi yazmışdım.
Onu da elə qeyri-səmimiliyinə görə, dövlət müşaviri vəzifəsindən
qovdular. Mənimsə günahım yoxdur və hansısa diktafonla yazı
yazmamışam. Görüşümüzdə müzakirə olunan məsələləri vicdanla qələmə
almışam”-deyə o bildirib.
Asif
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu