Parlament sədri Moskvaya getdi: Dnestryanı Rusiyaya birləşdirilir
Bizi izləyin

Nida.az

Parlament sədri Moskvaya getdi: Dnestryanı Rusiyaya birləşdirilir

Parlament sədri Moskvaya getdi: Dnestryanı Rusiyaya birləşdirilir

Dnestryanı Respublikası parlamenti BMT, ATƏT və Rusiyaya “Dnestryanı Moldova Respublikası”nın tanınması və Rusiya Federasiyasına birləşməsi ilə bağlı müraciət qəbul edib.

Moldovada olan Diaspor Jurnalistləri Birliyinin Ukrayna nümayəndəliyinin sədri Qaraş Tağıyev Publika.Az-a bildirib ki, Moldova ictimaiyyəti düşünür ki, beynəlxalq cəmiyyət Dnestryanı Moldova Respublikasında son 24 il ərzində mövcud olan reallığa göz yummamalıdır: “Parlamentdə hələ 2006-cı il sentyabrın 17-də keçirilən referendum zamanı bölgə əhalisinin 97%-i Rusiyanın tərkibində “Dnestryanı Moldova Respublikası”nın yaradılmasına səs verməsi qeyd olunub. Parlamentin sədri Mixail Burloy qəbul edilmiş qərarın izahını: “Bizim qərarımız referendumun nəticələrinə əsaslandırılmışdır və deputatlar Dnestryanı ərazidə yaşayan bütün xalqların maraqlarını ifadə edirlər” – deyə verdi. “Niyə bu məsələ məhz indi qaldırılmışdır?” sualını Parlament sədri belə cavablandırdı ki, Krımın problemi müzakirə edilən zaman, Dnestryanı Moldova Respublikası ilə bağlı da qərar qəbul ediləcəyi nəzərdə tutulmuşdu. Təəssüf ki, bu olmadı. Müxtəlif təşkilatlardan müraciətlər prosesi intensivləşdirilirdi”.

Qaraş Tağıyevin sözlərinə görə, qəbul edilmiş qətnaməni Rusiya Federasiyası hakimiyyətinin müvafiq strukturlarına çatdırmaq üçün Dnestryanı Moldova Respublikası Ali Sovetinin sədri Mixail Burloyun başçılığı ilə nümayəndə heyəti Moskvaya yolllanıb.


Qeyd edək ki, Publika.Az-ın bununla bağlı hazırladığı yazıda deyilirdi: Krımda keçirilən referendumdan dərhal sonra Rusiya rəsmiləri Dnestraynı ərazinin Ukrayna və Moldova tərəfindən blokadaya alındığı barədə bəyanatlar səsləndirildi. Rəsmilərin bu istiqamətdə səsləndirdiyi bəyanatlar indiyə kimi Rusiya mediası tərəfindən inkişaf etdirilir. Güman edilir ki, Dnestryanı ərazidəki “rusdilli əhalinin blokadaya alınması” belə bir dəhlizin yaradılmasını gündəmə gətirə bilər.

Bəzi iddialar var ki, Dnestryanı ərazinin sakinləri yaxın günlərdə Rusiyaya Moldova və Ukraynanın təzyiqlərindən qorunmaq üçün Moskvaya kömək üçün “müraciət” edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm