Nida.az
Millət vəkili jurnalistlərdən yardım istədi - FOTO
“Sərsəng su anbarı hər an təhlükə mənbəyidir”.
Bu sözləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım ABsosiasiyasının (AVCİYA) gənc rəssamlar və jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə Elxan Süleymanov deyib.
Tədbirdə çıxış edən AVCİYA-nın prezidenti, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov çıxışında bildirdi ki, hazırda Azərbaycanın 7 rayonu real təhlükə altındadır:
"Məni təəssüfləndirən odur ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə biganə yanaşır. Təsəvvür edin ki, Sərsəng su anbarı ilə bağlı keçirilən sorğuda 15 min adamdan təxminən 10-15 nəfər bu problem haqda məlumatlıdır. Bu, çox acınacaqlı faktdır. Biz bu cür problemlərin aradan qaldırılması üçün jurnalistlərdən kömək istəyirik. Su anbarı ilə bağlı problemin aradan qaldırılması təkcə AVCİYA-nın işi deyil, bu bütün Azərbaycan xalqının problemidir”.
Münsiflər heyətinin sədri, tanınmış şair Musa Yaqub çıxış edib və bildirib ki, bu müsabiqə təqdirəlayiqdir:
"Elxan Süleymanov Azərbaycanı AŞPA-da təmsil edir və ölkəmizin mövqeyini layiqincə qoruyur. Bilirsiniz ki, Sərsəng su Anbarı təhlükə altındadır. Ermənilər bu anbarı partlatmaqla Azərbaycanı təhdid edirlər. Bu təhlükənin qarşısının alınmasında hamımız həmrəy olmalıyıq".
Tədbirdə müsabiqə qaliblərinə pul mükafatları və sertifikat verilib.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR