Azərbaycanlı fəal azadlığa buraxılıb
Bizi izləyin

Nida.az

Azərbaycanlı fəal azadlığa buraxılıb

Azərbaycanlı fəal azadlığa buraxılıb

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, iki ay Mahabad şəhərinin zindanında saxlanan fəal Yədulla Dəşti (Elman) aprelin 20-də azadlığa buraxılıb.

“Media forum” saytı “Oyannews.com”un farsdilli versiyasına istinadla xəbər verir ki, fəalın şərti azadlığa buraxılması ailəsinin qoyduğu mülk girovu qarşılığında mümkün olub. Fəalın saxlandığı müddətdə psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.

Yədulla Dəşti fevralın 23-də Mahabad məhkəməsinə çağırıldıqdan sonra tutulub. Fəal sistemə qarşı təbliğat aparmaqda günahlandırılır.

Yədulla Dəşti milli zəmindəki dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub, mülk girovu qarşılığında azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm