Nida.az
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.
Bu gün 20 yanvar faciəsindən 24 il ötür. Xalqımız hər il olduğu kimi, bu il də müstəqilliyimiz uğrunda şəhid olan soydaşlarımızın xatirəsini əziz tutur. Azərbaycan Prezidenti İlham Əliyev qanlı yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün bu gün səhər Şəhidlər Xiyabanına gəlib.
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, diplomatik təmsilçilik nümayəndələri Şəhidlər Xiyabanınına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüblər. Dövlət başçısı Qanlı Yanvar faciəsində həlak olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.
Qeyd edək ki, ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular