Nida.az
“Bizi Rusiya təhlükəsi gözlədiyinə dair rəsmi fikir demək olmaz”
“Bizi Rusiya təhlükəsi gözlədiyinə dair rəsmi fikir
demək olmaz”
Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri Bahar Muradova son prosesləri Publika.Az -a müsahibəsində şərh edir.
- ABŞ səfiri Riçard Morninqstar Ukrayna hadisələrinə diqqət
çəkərək Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin
vacibliyini qeyd edib. Sizcə, səfir bununla nə demək
istəyir?
- Beynəlxalq güclər dünyada baş verən Dağlıq Qarabağ kimi həlli
uzanmış, bölgəyə və dünyaya ciddi zərər verən münaqişələrin
həllinin vacibliyini vurğulamağa şərait yaradırsa, buna qiymət
vermək lazımdır. Nəzərə almalıyıq ki, bu fikirlər təkcə Amerika
səfirinin, yaxud ABŞ nümayəndələrinin deyil, bütün ölkələrin, o
cümlədən beynəlxalq təşkilatların rəsmilərinin dilindən tez-tez
səslənməyə başlayır. Bu da onu göstərir ki, Dağlıq Qarabağ
münaqişəsinin təkcə Azərbaycana və regiona deyil, dünyaya böyük
zərər gətirdiyini anlayırlar. Həmçinin, bu, Azərbaycanın dünya
ictimaiyyətinin bu kimi münaqişələrin həllinə çalışmalıdır deməsi
ilə nə qədər haqlı olduğunu ortaya çıxardır. Əlbəttə, hazırdakı
durum bütün dünya ölkələrinin, eləcə də böyük güclərin diqqətini
beynəlxalq hüququn pozulduğu məsələsinə yönəldir. Çünki Dağlıq
münaqişəsi Qarabağ beynəlxalq hüququn pozulmasının nəticəsidir.
Təəssüf ki, bu illər ərzində Azərbaycan tərəfi bunu hər addımda,
hər fürsətdə vurğulamasına və dünyanın diqqətini buna yönəltməsinə
baxmayaraq, saymazyana münasibət var idi. Amma indi dünya
ölkələrinin rəsmiləri, beynəlxalq güclər bunu söyləməyə
başlayırlar. Hər-halda hesab edirəm ki, bu fikri genişləndirməyə və
diqqəti bu məsələyə yönəltməyə, beynəlxalq hüquq prinsiplərinə
bütün dünya ölkələrinin, kiçikliyindən, böyüklüyündən, güclü,
gücsüz olmasından asılı olmayaraq, əməl etməli olduğunu diqqətə
çatdırmağa imkan verir.
- Amma ortada ikili standartlar hələ də var. Dövlət başçısı
da müşavirəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın
rəsmilərinin Qərb ölkələrinə səfərlər etdiklərini, bank
hesablarının olduğunu vurğuladı.
-Dövlət başçısı yenə haqlıdır. Bu Azərbaycanın təcavüz məruz
qaldığından bəri apardığı siyasətin, tutduğu mövqenin növbəti dəfə
ortaya qoyulmasıdır. Çünki separatçı cəhdlər heç bir ölkəyə xeyir
gətirmədiyi kimi, ölkələr arasındakı münasibətlərə də sarsıdıcı
zərbə vurur. Beynəlxalq hüquqdakı mövcud sistemi, məntiqi dağıdır.
Ona görə də bu cür separatçı rejimlərin bir-birinə baxaraq
qol-qanad açmağına imkan verilməməlidir. Cənab Prezident beynəlxalq
ictimaiyyət qarşısında irəli sürdüyü tələbində haqlıdır ki, bu cür
separatçı rejimlərə, onların “rəhbərlərinə” qarşı sanksiyalar
tətbiq edilməli, Avropa ölkələrinə buraxılmamalı, beynəlxalq
tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulmalıdır. Onların bank
hesabları da dondurulmalıdır. Ölkələrin ərazi bütövlüyünü pozmağa
cəhd edən, insanları evlərindən didərgin salan, beynəlxalq hüququn
prinsiplərini tapdalayan, dünyaya meydan oxuyan rejimlərin sonu
çatmalıdır. Bu kimi insanlar beynəlxalq ictimaiyyətin təpkisinə
məruz qalmalıdır ki, öz hərəkətlərinin özlərinə ziyan vurduğunu və
beynəlxalq aləmdə mövcud duruma ziyan vurduqlarının fərqinə
varsınlar. Digərləri də buna baxıb nəticə çıxartsın. Yoxsa eyni
hərəkətə görə birinin başını sığallayıb, digərinə təzyiqlər
göstərmək ikili standartların mövcud olduğunu bir daha ortaya
qoyur. Bu kimi yanaşmalarla heç zaman ölkələr arasında və dünyada
sağlam münasibətləri və qarşılıqlı inamı qoruyub saxlamaq mümkün
deyil. Təsadüfi deyil ki, hər bir ölkə, xalq yaxın və ya uzaq
qonşusundan özünə təhlükə görməyə başlayır. Bu baxımdan vahid mövqe
sərgilənməlidir, əks təqdirdə özümüzün qurduğumuz dünya öz
əllərimizlə dağılacaqdır.
- Bu arada son günlər əsas mövzu Azərbaycana qarşı Rusiya
təhlükəsinin olmasıdır. Siz necə hesab edirsiniz, Şimaldan belə bir
təhlükə varmı, yaxud gözlənilə bilərmi?
- Mətbuatda müxtəlif fikirlər ola bilər. Onların bir çoxu dünyada
baş verənlərə baxıb çıxarılan şəxsi nəticələrdir. Mən bütün bu
fikirlərin hamısına şərh vermək fikrində deyiləm. Amma onu deyə
bilərəm ki, Azərbaycan və Rusiyanın münasibətləri hər zaman
qarşılıqlı hörmətə, tərəfdaşlığa, partnyorluğa əsaslanıb. Biz öz
tərəfimizdən bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq. Bu günə
qədər də Rusiya tərəfdən buna uyğun mövqe sərgiləndiyini görmüşük.
Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, Rusiya deyərkən təkcə
Rusiya rəsmiləri nəzərdə tutulmur. Bəzi dairələr də olur ki, istər
Rusiyada, istər ABŞ-da, istərsə Qərbi Avropa ölkələrində, öz
maraqları üstün tutaraq rəsmi dövlət siyasətinə uyğun olmayan
fikirlər səsləndirirlər. Necə ki, Rusiyada bunun şahidi oluruq.
Fərqli siyasətçilər, Duma üzvləri Azərbaycan da daxil olmaqla,
digər ölkələrə yönəlik sərt siyasətin aparılmasının vacibliyini
vurğulayırlar. Amma bu dövlət rəsmilərinin dilindən
səsləndirilmədiyi üçün Azərbaycanı Rusiya təhlükəsi gözlədiyinə
dair rəsmi fikir demək olmaz. Burada ehtimallar və müxtəlif
dairələrin mövqelərinə uyğun səslənən fikirlər var. Əlbəttə biz çox
istərdik ki, iki ölkə arasındakı münasibətlər dostluğa, qarşılıqlı
münasibətlərə söykənsin, əməkdaşlığımız bundan sonra da davam
etsin. Mən bunun davam edəcəyinə inanıram.
Asif Nərimanlı
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO