
“Müəyyən ərazilərdə etnik rusların yaşamasına əsasən Avropa sərhədlərinin Rusiya ilə yenidən bölünməsi dünya üçün təhlükəli presedent olacaq”.
Publika.Az xəbər verir ki, bu barədə məşhur
amerikalı politoloq Zbiqnev Bjeziniski deyib. Onun sözlərinə görə,
Avropa sərhədlərinin əhalinin etnik tərkibinə görə bölünməməsi
beynəlxalq hüquqa əsaslanır və bu, razılaşdırılıb: “Bundan başqa,
Avropa ölkələrinin əksəriyyəti tarixi və etnik mənşəyə aid olmayan
vətəndaşla malikdirlər. Xarici ərazilərdə yaşayan etnik qruplara
başqa dövlətlərin təsir etməsinə hər kəs qarşı çıxır”.
Bjeziniski qeyd edib ki, Putinin rəftarı rus millətçiliyini və
şovinizm ideologiyasını alovlandırır.
“Putinin şovinizmi odla oynamaqdır. Rusiya əhalisi təxminən 145
milyondur ki, onlarda 25 milyonu qeyri-rusdur. Onların da yarısını
müsəlmanlar təşkil edir”-deyə Bjeziniski bununla Putinə xəbərdarlıq
mesajını göndərir.